20 Noyabr 2017, Bazar ertəsi - 06:09

B.Britaniya Qran Prisi: Üçüncü sərbəst yürüşlər

B.Britaniya Qran Prisi: Üçüncü sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:20 - 30 İyun, 2013

Quru. Buludlu. Havanın temperaturu +17°-18° C, trasın temperaturu +20°-25° C Cümə günü komandaların işinə yağış mane olmuşdu, amma Silverstounun şənbə […]

Quru. Buludlu. Havanın temperaturu +17°-18° C, trasın temperaturu +20°-25° C

Cümə günü komandaların işinə yağış mane olmuşdu, amma Silverstounun şənbə səhəri soyuq və küləkli olsa da, yağışdan əsər-əlamət olmayıb. Sürücülər trasa tələsiblər ki, birssatlıq sessiyadan yarış və sıralanma turuna hazırlıq üçün maksimum yararlansınlar.

Sessiyanın startından 15 dəqiqə sonra qırmızı bayraqlar dalğalanıb – Serxio Peresin maşınında arxa sol təkər partlayaraq tam dağılıb. Pirelli şirkəti Hard təkərlərində dəyişiklik etsə də, deyəsən, təkərlərin qat açılması problemi hələ tam həll olunmayıb. Beş dəqiqəlik fasilədən sonra restart verilib, Peres isə sessiyanın sonunda trasa qayıda bilib.

Sessiyanın ortasında sürücülər dolu yanacaq çəni ilə trasa çıxıblar, sonda isə qısa dövrələr seriyasında sıralanma turu üçün sazlanmalar axtarıblar. Yekunda ilk iki sətri mövsümdə adət etdiyimiz kimi Mercedes AMG komandasının sürücüləri tutublar, Red Bull sürücüləri yarım saniyə geri qalıblar…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01N.RosberqMercedes AMGMercedes1:31.48718
02L.HəmiltonMercedes AMGMercedes1:31.633+ 0.14620
03S.FettelRed BullRenault1:32.037+ 0.55020
04M.UebberRed BullRenault1:32.078+ 0.59117
05R.QrojanLotusRenault1:32.391+ 0.90418
06D.RikkardoToro RossoFerrari1:32.440+ 0.95319
07F.AlonsoFerrariFerrari1:32.454+ 0.96718
08K.RəykkönenLotusRenault1:32.459+ 0.97222
09A.SutilForce İndiaMercedes1:32.536+ 1.04917
10P.di RestaForce İndiaMercedes1:32.571+ 1.08417
11J.E.VernToro RossoFerrari1:32.580+ 1.09315
12C.BattonMcLarenMercedes1:32.926+ 1.43918
13P.MaldonadoWilliamsRenault1:33.133+ 1.64617
14N.HülkenberqSauberFerrari1:33.225+ 1.73816
15F.MassaFerrariFerrari1:33.273+ 1.78616
16V.BottasWilliamsRenault1:33.309+ 1.82225
17E.QutyerresSauberFerrari1:33.370+ 1.88319
18S.PeresMcLarenMercedes1:33.607+ 2.1209
19Ş.PikCaterhamRenault1:34.971+ 3.48418
20J.ByankiMarussiaCosworth1:34.990+ 3.50317
21M.ÇiltonMarussiaCosworth1:36.694+ 5.20716
22Q.van der QardeCaterhamRenault1:37.443+ 5.95618

B.Britaniya Qran Prisi: Üçüncü sərbəst yürüşlər

B.Britaniya Qran Prisi: Üçüncü sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:33 - 08 İyul, 2012

Quru. Buludlu. Havanın temperaturu +16°-17° C, trasın temperaturu +17°-22° C Dünən hava yağışlı olmuşdu və komandalar faktiki olaraq işləməmişdilər, amma […]

Quru. Buludlu. Havanın temperaturu +16°-17° C, trasın temperaturu +17°-22° C

Dünən hava yağışlı olmuşdu və komandalar faktiki olaraq işləməmişdilər, amma bu gün asfalt quru olub və sürücülər trasa tələsiblər. Proqnoz yağış vəd etsə də, sessiyanın sonuna qədər tras quru qalıb – komandalar sazlanmalarla və təkərlərlə işləyə biliblər.

Sessiyanın startından 20 dəqiqə keçmiş marşallar qırmızı bayraqlara əl atmalı olublar – Şarl Pikin maşınında motor sönüb. Serxio Peres isə trasdan çıxaraq maşını zədələyib.

Son dəqiqələrdə trasın üzərini qara buludlar alıblar – sıralanma turu yağışlı ola bilər. Protokollara isə Fernando Alonso başçılıq edib – 1:32.167.

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01F.AlonsoFerrariFerrari1:32.16721
02C.BattonMcLarenMercedes1:32.320+ 0.15320
03R.QrojanLotusRenault1:32.358+ 0.19125
04S.FettelRed BullRenault1:32.420+ 0.25321
05K.RəykkönenLotusRenault1:32.454+ 0.28725
06L.HəmiltonMcLarenMercedes1:32.477+ 0.31020
07P.MaldonadoWilliamsRenault1:32.622+ 0.45521
08S.PeresSauberFerrari1:32.940+ 0.77319
09K.KobayaşiSauberFerrari1:33.046+ 0.87920
10N.HülkenberqForce İndiaMercedes1:33.150+ 0.98319
11B.SennaWilliamsRenault1:33.267+ 1.10025
12P.di RestaForce İndiaMercedes1:33.367+ 1.20020
13M.UebberRed BullRenault1:33.398+ 1.23124
14M.ŞumaherMercedes AMGMercedes1:33.462+ 1.29524
15J.E.VernToro RossoFerrari1:33.673+ 1.50622
16F.MassaFerrariFerrari1:33.674+ 1.50721
17D.RikkardoToro RossoFerrari1:33.707+ 1.54021
18N.RosberqMercedes AMGMercedes1:33.733+ 1.56615
19H.KovalaynenCaterhamRenault1:34.298+ 2.13118
20V.PetrovCaterhamRenault1:34.781+ 2.61420
21T.QlokMarussiaCosworth1:36.605+ 4.43818
22Ş.PikMarussiaCosworth1:37.060+ 4.89314
23N.KartikeyanHRTCosworth1:37.269+ 5.10223
24P.de la RosaHRTCosworth1:37.429+ 5.26217

B.Britaniya Qran Prisi: Üçüncü sərbəst yürüşlər

B.Britaniya Qran Prisi: Üçüncü sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:40 - 17 İyul, 2011

Kiçik yağış. Buludlu. Havanın temperaturu +17° C, trasın temperaturu +17° C Bu gün səhər tezdən buludlar yenidən trası əhatə ediblər, […]

Kiçik yağış. Buludlu. Havanın temperaturu +17° C, trasın temperaturu +17° C

Bu gün səhər tezdən buludlar yenidən trası əhatə ediblər, amma gözlənilməz Britaniya havasının komandalara yazığı gəlib – komandalar gətirdikləri yeniliklər dünən yağış üzündən lazımınca yoxlaya bilməmişdilər.

Bir saat ərzində komandalar planlaşdırılan dörd saatın işini görməli olublar – maşının konfiqurasiyasını müəyyən etməli, təkərin yeyilməsini qiymətləndirmək və optimal sazlanmalar tapmaq. Sessiyanın ortasında kiçik yağış yağıb, amma işə mane olmayıb.

Sessiyanın gedişində Şumaher və Uebberin maşınlarında problemlər yaşanıb, hər iki sürücü trasa qayıda bilib. Protokollara isə Sebastyan Fettel başçılıq edib, amma sessiyanın nəticələrinə görə sıralanma turunda qüvvələr nisbəti barədə nəsə söyləmək çətindir – komandalar öz proqramları üzrə işləyiblər…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01S.FettelRed BullRenault1:31.40117
02F.AlonsoFerrariFerrari1:31.464+ 0.06320
03M.UebberRed BullRenault1:31.829+ 0.42812
04F.MassaFerrariFerrari1:32.169+ 0.76820
05P.MaldonadoWilliamsCosworth1:32.496+ 1.09520
06C.BattonMcLarenMercedes1:32.956+ 1.55518
07K.KobayaşiSauberFerrari1:33.014+ 1.61320
08N.RosberqMercedes GPMercedes1:33.044+ 1.64323
09S.PeresSauberFerrari1:33.264+ 1.86321
10P.di RestaForce İndiaMercedes1:33.423+ 2.02222
11M.ŞumaherMercedes GPMercedes1:33.551+ 2.15011
12A.SutilForce İndiaMercedes1:33.660+ 2.25922
13L.HəmiltonMcLarenMercedes1:33.842+ 2.44116
14R.BarrikelloWilliamsCosworth1:33.905+ 2.50421
15V.PetrovLotus Renault GPRenault1:34.042+ 2.64122
16X.AlgersuariToro RossoFerrari1:34.329+ 2.92820
17S.BuemiToro RossoFerrari1:34.799+ 3.39820
18N.HaydfeldLotus Renault GPRenault1:34.822+ 3.42121
19H.KovalaynenTeam LotusRenault1:35.225+ 3.82421
20Y.TrulliTeam LotusRenault1:36.905+ 5.50421
21T.QlokMarussia VirginCosworth1:37.614+ 6.21318
22J.D’AmbrozioMarussia VirginCosworth1:38.068+ 6.66720
23D.RikkardoHispaniaCosworth1:38.269+ 6.86819
24V.LiutsiHispaniaCosworth1:38.568+ 7.16717

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 179
Teqlər , , , ,
Paylaş

logo