BBC-nin ekspertləri Fettel, Alonso və Uebberi favorit hesab edirlər

BBC-nin ekspert və şərhçiləri Əddi Cordan, Martin Brandl və Dəvid Kulthard 2011-ci il mövsümü barədə fikiləri ilə paylaşıblar. Mövsümün maraqlı […]

BBC-nin ekspert və şərhçiləri Əddi Cordan, Martin Brandl və Dəvid Kulthard 2011-ci il mövsümü barədə fikiləri ilə paylaşıblar. Mövsümün maraqlı olması gözlənilir – tarxidə ilk dəfə yarışlarda beş dünya çempionu mübarizə aparacaq.

Əddi Cordanın sözlərinə görə, onun ən çox Sebastyan Fetteldən çoxu gəlir – keçən il titul qazanması onun özünə inamını möhkəmlədib: “O, tam təbiidir, onun ustalığı məni valeh edir. Sebastyan gənc nəsil sürücülərdəndir və öz həmyerlisi Mixael Şumaherə heç bənzəmir. Məncə, yeni mövsümün favoriti məhz odur.”

Dəvid Kulthard hesab edir ki, Fettel hələ paddokda BMW-nin test sürücüsü kimi peyda olanda özünə çox əmin idi: “Bütün bu gənc sürücüləri öz güclərinə inam fərqləndirir, axı onlar 3-5 yaşlarından yarışmağa başlayırlar. Çox şey Melburnda sıralanma turu və yarışdan sonra bəlli olacaq, amma testlərin nəticələrinə əsasən Sebastyan nikbin ola bilər, onun titulunu qorumaq şansları yükəskdir.”

Formula1-in keçmiş sürücüsü Martin Brandl güman edir ki, əsas mübarizə Red Bull və Ferrari arasında gedəcək: “Düşünürəm ki, 2011-ci ildə Fernando Alonso çox güclü olacaq. Keçən il Fernando titulu sonuncu yarışda əldən verdi, daha bir titulu isə 2007-ci ilin son yarışında buraxmışdı. Ona görə də, bu il o, 100% çalışacaq və qələbəyə bütün gücünü verəcək.”

Amma Fettel və Alonsonun komanda yoldaşları var və mövsümün gedişinə Mark Uebber və Felipe Massanın nəticələri də təsir edəcək. Hərçənd, Kulthard hesab edir ki, braziliyalı sürücü komanda yoldaşına bütün sahələrdə uduzur: “Onda hanısa çempion xüsusiyyətləri, keyfiyyətləri yoxdur, ona görə də çətin ki Felipe Fernandonu üstələyə bilsin. Amma Markın sürəti Sebastyanın sürəti ilə müqayisə oluna bilər. Mark sübut etməyə çalışacaq ki, o, Sebastyanı üstələyə bilər. Keçən il Mark zəngin təcrübə topladı və indi ondan istifadə edəcək. Şəxsən mən istərdim ki, bu il biz yeni çempion görək.”

Əddi Cordan ehtimal edir ki, Massanın 2009-cu ildə yaşadığı ağır qəza yəqin ki, izsiz ötüşməyib və Felipe əvvəlki kimi sürətli deyil. Bu fikirlə Martin Brandlı da razıdır – Martin etiraf edib ki, 1994-cü ildə Braziliyada başından aldığı zədə hələ də özünü büruzə verir.

İstənilən ciddi mövzunu zarafata çevirməyi ilə fərqlənən Cordan dərhal söhbətə müdaxilə edib: “A, hər şey aydındır, bu çox şeyi izah edir. Bax, indi mən səni baaş düşdüm!”

Söhbət iştirakçıları gülüşdükdən sonra yekdil fikrə gəliblər ki, əvvəl titul qazanmayan sürücülərdən yalnız Mark Uebber bu il fərqlənə bilər. Həm də son illər çempionlar öz titullarını müdafiə edə bilmirlər. Hələ vaxtılə Ceki Stüart demişdi ki, ikinci titul birincidən çətin başa gəlir. Görək Fettel bu qaydanı poza biləcəkmi…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*