11 Dekabr 2017, Bazar ertəsi - 04:20

Battonla bağlı çıxan xəbərlər təkzib edilib

Battonla bağlı çıxan xəbərlər təkzib edilib

Müəllif: Rauf Hacıyev, redaktor

08:05 - 20 May, 2017

McLaren komandasından Conatan Nil sürücüləri Batton barədə çıxan xəbərləri təkzib edib.

F-1.az xatırladır ki, Alonso Monako yarışından imtina edib, İndy500-ə gedəndən sonra McLaren komandası onun əvəzinə 1 yarışlıq Battonu sükan arxasına keçirməyi qərara alıb. Amma britaniyalı sürücü test etməyib və əksər Formula1 mütəxəssisləri 37 yaşlı sürücünün Monakoda yarışmaq istəmədiyini demişdilər.

Conatan Nil: “O yazıları oxudum. Amma onlarla razı deyiləm. Censon arxa planda yarışa hazırlaşmaq üçün çox işləyir. Simulyatorda dəfələrlə məşq edib. Bu formada bolidə, təkərlərə, güc qurğusuna, balansa və əyləclərə uyğunlaşır. Tamamilə Monako yarışına fokuslanıb. Monako trasında sürücünün bacarığından çox şey asılıdır. O buranı yaxşı tanıyır və Monakoda keçmişdə çox uğur qazanıb. Yaxşı yarışçıdır. Bura Monakodur. Hər şey ola bilər, lakin siz bolidinizdə bir Dünya Çempionu otuzduraraq, bütün bunlara hazır olmalısınız”.

Nil sürücüsü Battonun 6 ay bolid sürməməsinə baxmayaraq, bunun problem yaradacağını düşünmür: “Mən sürücü deyiləm. Buna görə də bilmirəm. Ancaq yaxşı olacaq. Amma sizin dediyinizə Stoffel ümid edə bilər. Belçikalı sürücü Battonun dalından təpik vursa, gözəl olmaz?

Batton Dünya Çempionudur və yüksək səviyyəli sürücüdür. Necə olacağını görmək üçün səbirsizlənirəm. O həmişə rəqabətədavamlı olub. İstəyir qaçsın, istəyir velosiped sürsün, istəyir üzsün ya da yarışsın. Həmişə rəqabətədavamlı olmaq istəyir. Buna görə bu işdən niyə də həzz almasın?”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 002
Teqlər , , ,
Paylaş

logo