16 Dekabr 2017, Şənbə - 14:57

Batton və Həmilton uzun təqvimdən narahat deyillər

Batton və Həmilton uzun təqvimdən narahat deyillər

Müəllif: Elçin Zodorov, redaktor

11:56 - 20 İyul, 2016

F-1.az xatırladır ki, Almaniyanın təqvimə qayıtması və Bakının ilk dəfə Formula1 yarışlarına ev sahibliyi etməsi nəticəsində builki təqvimdə yarışların sayı 21-ə çatıb.

Daha çox yarışın olması isə komandaların, xüsusilə də, mexaniklərin işlərini artırır.

Censon Batton: “Mənim üçün heç bir problem yoxdur. Adətən cümə axşamı yarışın keçirildiyi ölkəyə gedirəm, bazar ertəsi isə qayıdıram. Amma mexaniklər üçün vəziyyət daha fərqlidir. Onlar həftənin sadəcə bir günü evdə ola bilirlər və bu, ailələri üçün çox çətin olur”.

Lyuis Həmilton: “Bu il çox yarış var. Avropadan kənardakı yarışları sevirəm, çünki hava adətən yaxşı olur. Uzun uçuşlar məni narahat etmir. Evdən uzaqda olmaq istəyirəm”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 175
Teqlər ,
Paylaş

logo