Barselonada xarici azarkeşlərin hesabına gəlir əldə etməyi düşünürlər

İspaniyalıların son illərdə iqtisadi böhran üzündən aşağı düşmüş alıcılıq qabiliyyətləri İspaniya Qran Prisinin promouterlərini məcbur edib ki, ümidlərini xarici turistlərə […]

İspaniyalıların son illərdə iqtisadi böhran üzündən aşağı düşmüş alıcılıq qabiliyyətləri İspaniya Qran Prisinin promouterlərini məcbur edib ki, ümidlərini xarici turistlərə bağlasınlar və hələlik ümidlər özünü doğruldur. 57-ci İspaniya Qran Prisinin təqdimatında bildirilib ki, bu il keçən illə müqayisədə 30% çox bilet satılıb – xüsusən də, xarici turistlərin payı artıb.

Təşkilatçıların qiymətləndirməsinə görə, Qran Prinin keçirilməsi ölkə xəzinəsinə 120 milyon Avro gətirməlidir, bu məbləğ isə yerli hökumətin xərclərini tam kompensə etməlidir.

Mərasimdə iştirak edən Katalunyanın prezidenti Artur Mas bildirib ki, yarışdan imtina olunması onun planlarına daxil deyil və Qran Prini region üçün çox vacib hadisə hesab edir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*