Barselonada komandalar yeni yumşaq təkərləri yoxlayacaqlar

Barselona testlərində komandalar yumşaq Pirelli təkərlərinin yeni versiyasını yoxlaya biləcəklər – bir çoxları əvvəlki versiyanın tez yeyilməsindən gileylənirdilər, ona görə […]

Barselona testlərində komandalar yumşaq Pirelli təkərlərinin yeni versiyasını yoxlaya biləcəklər – bir çoxları əvvəlki versiyanın tez yeyilməsindən gileylənirdilər, ona görə də şirkət təkər tərkibini yeniləyib.

Qarşıdakı testlərdə komandalar dörd tərkibin hamısı ilə işləyəcəklər – Hard, Medium (bu tərkibin yeni versiyasını komandalar Xeresdə yoxlamışdılar), Soft və SuperSoft. Növbəti Bəhreyn testlərinə Pirelli yalnız Hard və Soft tərkiblərini gətirəcək – məhz bu tərkiblərdən mövsümün ilk dörd yarışında istifadə olunacaq.

Pol Hembri, Pirelli-nin yarış şöbəsinin başçısı: “Xeres testlərinə biz çox vacib məlumat toplaya bildik, toplanmış məlumatı ciddi təhlile tdik. Maraqlıdır ki, testlərdə komandaların təkərlərlə işində ciddi irəliləyiş hiss olunur.

Barselona testləri ərəfəsində biz SuperSoft və Soft tərkiblərini yeniləmişik – bu planlı proqramın bir hissəsi idi. Komandalar bu trası yaxşı tanıyırlar və mən əminəm ki, bu dəfə biz daha çox məlumat toplaya biləcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*