Barselona və Xeres GP2 testlərini qəbul edəcək

GP2 seriyasının mətbuat xidməti mövsümöncəsi testlərin tarixlərini açıqlayıb. Gənclər çempionatının iştirakçıları iki üçgünlük sessiyada çalışacaqlar.

F-1.az bildirir ki, keçən ildən fərqli olaraq, bu dəfə hər iki sessiya Avropada baş tutacaq. Keçən il komandalar Əbu Dabi və Bəhreyndə işləmişdilərsə, bu il 9-11 mart tarixində Barselonada, 29-31 mart tarixində isə Xeresdə toplaşacaqlar.

GP2 seriyasının təşkilatçıları mövsümün rəsmi təqvimini hələ dərc etməyiblər, amma yaxın zamanda bunu edəcəklərinə vəd veriblər…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*