26 Sentyabr 2018, Çərşənbə - 12:49

Barselona testləri (28 fevral-3 mart)

Barselona testləri (28 fevral-3 mart)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:18 - 02 Mart, 2013

3 mart Quru. Günəşli. Havanın temperaturu +9°-16° C, trasın temperaturu +13°-25° C Keçən il olduğu kimi, mövsümöncəsi testlərin son günü […]

3 mart

test12-1

Quru. Günəşli. Havanın temperaturu +9°-16° C, trasın temperaturu +13°-25° C

Keçən il olduğu kimi, mövsümöncəsi testlərin son günü “çempionlar günü” olub – mövsümdə start alacaq beş çempionadan dördü bu gün trasa çıxıb, yalnız Lyuis Həmilton dünən test proqramını baaş vurduğu üçün bu gün dincəlib.

Hava məhsuldar işləməyə imkan verib – gün isti və günəşli keçib. Tribunlarda tamaşaçılar da çox olub – yerli azarkeşlərin kumiri Fernando Alonsonu azarkeşlər bir də İspaniya Qran Prisi günlərində görə biləcəklər.

test12-2
Nahara qədər komandalar yeni aerodinamik elementlərlə işləyiblər, nahardan sonra isə sıralanma turu və yarış imitasiya olunub. Williams və Marussia komandaları isə gündəlik proqramı sürücüləri arasında bölüblər.

Kimi Rəykkönen dünənki xəstəliyindən sonra trasa qayıtsa da, Lotus-un ötürmələr qutusundakı problem üzündən yalnız nahardan sonra işləyə bilib.

test12-3
Niko Hülkenberq yarışın imitasiyasını baaş vura bilməyib – maşının soyutma sistemindən maye axıb.

Protokollara isə Niko Rosberq başçılıq edib, Niko komanda yoldaşı Lyuis Həmiltonun dünənki nəticəsini daha 0.4 saniyə yaxşılaşdırıb – 1:20.130, bu nəticə 2009-cu ildə Rubens Barrikellonun tras rekorduna çox az uduzur.

Beləliklə, mövsümöncəsi testlər baaş çatıb. Növbəti dəfə komandalar Avstraliya Qran Prisində bir araya gələcəklər – Melburnda cümə sərbəst yürüşlərinə cəmi 11 gün qalır!

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01L.HəmiltonMercedes AMGMercedes1:20.130131
02F.AlonsoFerrariFerrari1:20.494+ 0:00.364120
03C.BattonMcLarenMercedes1:21.444+ 0:01.314122
04N.HülkenberqSauberFerrari1:21.541+ 0:01.411118
05K.RəykkönenLotusRenault1:21.658+ 0:01.52850
06P.di RestaForce İndiaMercedes1:21.664+ 0:01.534112
07P.MaldonadoWilliamsRenault1:22.415+ 0:02.28542
08S.FettelRed BullRenault1:22.514+ 0:02.384100
09V.BottasWilliamsRenault1:22.524+ 0:02.39431
10Ş.PikCaterhamRenault1:23.115+ 0:02.985116
11J.ByankiMarussiaCosworth1:23.167+ 0:03.03762
12D.RikkardoToro RossoFerrari1:23.628+ 0:03.49890
13M.ÇiltonMarussiaCosworth1:24.103+ 0:03.97349

2 mart

Quru. Günəşli. Havanın temperaturu +9°-17° C, trasın temperaturu +12°-32° C

Mövsümöncəsi testlərin sonuncu seriyasının üçüncü günü hava yaxşılaşıb. Səhər bir qədər soyuq olsa da, səmada görünən günəş havanı və asfalt öprütüyünü tezliklə qızıdırb, günorta trasın temperaturu +30 dərəcəni keçib.

Bir çox sürücülər sonuncu dəfə testlərə çıxıblar, növbəti dəfə onları Melburnda görəcəyik. Komandalar mövsümün ilk Qran Prisinə hazırlıq çərçivəsində bir çox yenilikləri yoxlayıblar – maşınların konfiqurasiyası Avstraliya Qran Prisinə gətiriləcək maşınların konfiqurasiyasına yaxınlaşdırılıb.

test11-2
Komandaların çoxunda sürücü dəyişikliyi olunub. Səhər Lotus komandasında Kimi Rəykkönen özünü pis edib, əvvəlcə sükan araxsında Davide Valsekki, nahardan sonra isə təcili Parisdən geri çağırılmış Roman Qrojan işləyiblər.

Williams bugünkü proqramı sürücüləri arasında bölüb – prqrama Pastor Maldonado başlayıb, nahardan sonra onu Valtteri Bottas əvəz edib. Marussia-nın sükanı araxsında Jül Byanki debüt edib. Nahara qədər komandalar maşınlara çoxlu ölçmə cihazları quraşdırıblar, maşınların aerodinamik elementləri isə yaşıl boyalara qərq olub, nahardan sonra uzun dövrələr seriyası və yarışın imitasiyası ilə zəngin olub.

test11-3
Nahardan əvvəl sessiya iki dəfə qırmızı bayarqlarla dayandırılıb – əvvəlcə Xido Van der Xarde, bir az sonra isə Davide Valsekki trasda dayanıblar. Nahardan sonra isə sakitçilik olub, sessiyanın sonuna 20 dəqiqə qalmş Felipe Massanın maşınında təkər açılıb və sessiya dayandırılıb.

Protokollara isə Lyuis Həmilton başçılıq edib, britaniyalı sürücü testlərin rekordunu göstərib – 1:20.558, günün ən böyük məsafəsini van der Xarde qət edib – 126 dövrə. Sabah mövsümöncəsi testlər başa çatacaq…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01L.HəmiltonMercedes AMGMercedes1:20.558117
02F.MassaFerrariFerrari1:21.266+ 0:00.70894
03A.SutilForce İndiaMercedes1:21.627+ 0:01.069109
04P.MaldonadoWilliamsRenault1:22.305+ 0:01.74734
05V.BottasWilliamsRenault1:22.468+ 0:01.91031
06E.QutyerresSauberFerrari1:22.553+ 0:01.99599
07M.UebberRed BullRenault1:22.658+ 0:02.10059
08S.PeresMcLarenMercedes1:22.694+ 0:02.136101
09J.E.VernToro RossoFerrari1:23.223+ 0:02.665114
10R.QrojanLotusRenault1:23.380+ 0:02.82246
11D.ValsekkiLotusRenault1:23.448+ 0:02.89016
12J.ByankiMarussiaCosworth1:24.028+ 0:03.47074
13X.van der XardeCaterhamRenault1:24.235+ 0:03.677126

1 mart

test10-1

Yağış.Qurumaqda olan tras. Buludlu. Havanın temperaturu +8°-12° C, trasın temperaturu +8°-13° C

Dünən Barselonada hava soyuq və yağışlı olmuşdu, testlər üçün əlverişsiz olsa da, komandaların seçimi yox idi. Bu gün hava yağışlı olsa da, nahardan sonra yağış dayanıb və tras demək olar ki, tam quruyub və sürücülər sliklərlə işləyiblər.

test10-2
Nahardan əvvəl sessiya iki dəfə qırmızı bayraqlarla dayandırılıb – əvvəlcə Daniel Rikkardo 9-cu döngədə dayanıb, sonra elə orda Roman Qrojan da dayanıb.

test10-3
Nahardan sonra da sessiya iki dəfə dayandırılıb – sessiyanın sonuna 20 dəqiqə qalmış van der Xarde 5-ci döngənin otluğunda dayanmalı olub, 15 dəqiqə sonra isə Pastor Maldonado pit-leynin çıxışında dayanıb.

Protokollara Qrojan başçılıq edib – 1:22.716, günün ən böyük məsafəsini isə Niko Rosberq qət edib – 120 dövrə. Sabah testlər davam edəcək..

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01R.QrojanLotusRenault1:22.71688
02C.BattonMcLarenMercedes1:23.181+ 0:00.46572
03P.MaldonadoWilliamsRenault1:23.628+ 0:00.91275
04S.FettelRed BullRenault1:23.743+ 0:01.02765
05N.HülkenberqSauberFerrari1:23.744+ 0:01.02879
06A.SutilForce İndiaMercedes1:24.215+ 0:01.49962
07D.RikkardoToro RossoFerrari1:25.483+ 0:02.76761
08M.ÇiltonMarussiaCosworth1:25.598+ 0:02.88275
09X.van der XardeCaterhamRenault1:26.316+ 0:03.60048
10N.RosberqMercedes AMGMercedes1:26.655+ 0:03.939120
11F.AlonsoFerrariFerrari1:27.878+ 0:05.162102

28 fevral

test9-1

Nəm tras. Kiçik yağış. Qurumaqda olan tras. Güclü yağış. Buludlu. Havanın temperaturu +5°-9° C, trasın temperaturu +5°-10° C

Mövsümöncəsi testlərdə yağışın komandaların işinə müdaxilə etməsi adi haldır – 2013-cü il istisna olmayıb. Xeresdə komandalar dörd günü quru asfaltda işləyə bilmişdilər. Birinci Barselona testlərinin isə yalnız sonuncu günü yağışlı olmuşdu. Testlərin sonuncu seriyasına hava proqnozu əvvəldən ikigünlük yağış vəd edirdi – proqnoz doğru alınıb.

Axşam trasa güclü yağış yağdırğından səhər komandalar nəm trasa çıxıblar. Sürücülər yağış və keçid təkərlərlə işə başlayıblar, sonra yağış başlayıb. Daha sonra tras qurumağa başlayıb və bəzi sürücülər hətta slikə keçməyə macal da tapıblar. Amma nahardan sonra yağan güclü yağış komandaları məcbur edib ki, test proqramlarına düzəliş etsinlər.

test9-2
Nahara qədər sessiya iki dəfə qırmızı bayraqlarla dayandırılıb – səhər Qrojan 12-ci döngədə maşını saxlaya bilməyərək trasdan çıxıb, fasiləyə az qalmış isə Qutyerres trasdan çıxıb.

Sürücülər uzun dövrələr seriyasında təkərlərin effektliyini qiymətləndiriblər, yağış təkərindən keçid təkərinə və əksinə keçməyin dəqiq vaxtını müəyyənləçdiriblər.

test9-3
Sessiyanın sonuna 20 dəqiqə qalmış Felipe Massa Campsa döngəsinin çıxışında dayanmaqla qırmızı bayraqları dalğalandırıb.

Sessiyanın sonunda trasın vəziyyəti yaxşılaşdığı üçün sürücülə fəallaşıblar və protokolda ilk sətirdə bir-birini əvəz etməyə başlayıblar. Yekunda Mark Uebebr Soft təkərlərlə birinci olub – 1:22.693, günün ən böyük məsafəsini Həmilton qət edib – 113 dövrə. Sabah testlər davam edəcək…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01M.UebberRed BullRenault1:22.69390
02L.HəmiltonMercedes AMGMercedes1:24.348+ 0:01.655113
03J.E.VernToro RossoFerrari1:25.017+ 0:02.32459
04V.BottasWilliamsRenault1:26.458+ 0:03.76585
05S.PeresMcLarenMercedes1:26.538+ 0:03.845100
06E.QutyerresSauberFerrari1:26.574+ 0:03.88192
07P.di RestaForce İndiaMercedes1:27.107+ 0:04.41457
08F.MassaFerrariFerrari1:27.541+ 0:04.848112
09M.ÇiltonMarussiaCosworth1:28.166+ 0:05.47378
10Ş.PikCaterhamRenault1:28.644+ 0:05.95183
11R.QrojanLotusRenault1:34.928+ 0:12.23552

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 346
Teqlər , , , , , ,
Paylaş

logo