Barselona testləri (21-24 fevral 2012-ci il)

24 fevral Quru. Günəşli. Havanın temperaturu +9°…+21° C, trasın temperaturu +11°…+30° C Mövsümöncəsi testlərin ikinci seriyasının son günü başlamamış Marussia […]
24 fevral

Quru. Günəşli. Havanın temperaturu +9°…+21° C, trasın temperaturu +11°…+30° C

Mövsümöncəsi testlərin ikinci seriyasının son günü başlamamış Marussia komandası keçənilki maşının sağ arxa asılqanının sınması üzündən testlərdən imtina etməli olub, digər doqquz komanda mövsümə hazırladıqları yeni maşınlarla testlərə davam ediblər.

bar4-maldo2
Bu gün hava səhərdən isti olduğu üçün elə ilk dəqiqələrdən trasda iş başlayıblar. Nahara qədər Williams və Mercedes AMG yarışı imitasiya ediblər, düzdür, Niko Rosberqin imitasiyası zamanı qırmızı bayraqlarla sessiya dayandırılıb – Pol di Resta trasdan çıxıb. Nahardan sonra isə iki dəfə qırmızı bayarqlar dalğalanıb – McLaren və Sauber yanacaq sistemlərini sazlayıblar.

bar4-resta3
Caterham-də də texniki problemlər üzə çıxıb – komanda motoru dəyişməli olub, ona görə Heykki Kovalaynen yalnız nahardan sonra məhsuldar işləyə bilib.

Top-komandaalrın sürücüləri uzun dövrələr seriyasında işləyiblər, nəticədə Kamui Kobayaşi protokollara başçılıq edib, onun göstərdiyi – 1:22.312 nəticə isə həftənin ən yaxşı nəticəsi olub, yaponiyalı sürücü bu gün ən böyük məsafə qət etməklə daha bir rekorda imza atıb – bir test günündə 145 dövrə.

Beləliklə, mövsümöncəsi testlərin ikinci seriyası başa çatıb, gələn həftə, martın 1-də komandalar yenə də buraya sonuncu seriyaya toplaşacaqlar.

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 K.Kobayaşi Sauber Ferrari 1:22.312 145
02 P.Maldonado Williams Renault 1:22.561 + 0:00.249 134
03 P.di Resta Force İndia Mercedes 1:23.119 + 0:00.807 101
04 J.Batton McLaren Mercedes 1:23.200 + 0:00.888 115
05 F.Massa Ferrari Ferrari 1:23.563 + 0:01.251 103
06 M.Uebber Red Bull Renault 1:23.774 + 0:01.462 85
07 J.E.Vern Toro Rosso Ferrari 1:23.792 + 0:01.480 92
08 N.Rosberq Mercedes AMG Mercedes 1:23.843 + 0:01.531 139
09 H.Kovalaynen Caterham Renault 1:26.968 + 0:04.656 70
23 fevral

bar3-maldo1

Quru. Günəşli. Havanın temperaturu +8°…+21° C, trasın temperaturu +10°…+27° C

Bu gün komandaların çoxunda sürücülər dəyişib, ona görə də trasda iş bir az gec başlayıb – maşınlarda oturacaqlar dəyişib, sazlanmalara düzəlişlər edilib. Dünən trasda olan sürücülərdən yalnız Vitaliy Petrov bu gün işini davam etdirib, amma Caterham-in mühəndisləri ilk dövrələrdən sonra ön asılqanda problemlər müəyyən ediblər.

bar3-shum2
Sessiyanın startında saat yarım sonra qırmızı bayraqlar dalğalanıb – Pol di Restanın maşının motor qapağının bir hissəsi trasda qalıb. Yarım saat sonra Timo Qlok trasda fırlanaraq testləri dayandırıb, amma almaniyalı sürücü boksa qayıda bilib. Nahar fasiləsinə bir neçə dəqiqə qalmış Kaumi Kobayaşi trasda dayanıb – Sauber komandası yanacaq sistemini test edib. Nahardan sonra Uebber 8-ci döngədə dayandığı üçün sessiya saxlanılıb. Felipe Massa isə sessiyanın sonuna 2 dəqiqə qalmış trasda dayanıb.

bar3-kob3
Komandalar müxtəlif proqramlar üzrə işləyiblər. Ferrari Maranellodan səhər gətirilmiş yenilikləri yoxlayıb, Red Bull və Mercedes AMG yarışı imitasiya ediblər – Mixael Şumaher bir pit-stopla 66 dövrə vurub, Mark Uebber isə iki pit-stopla 58 dövrə. Digər sürücülər isə sıralanma turunu imitasiya ediblər və Pastor Maldonado bu rejimdə ən yaxşı nəticəyə imza atıb. Sabah testlər başa çatacaq

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 P.Maldonado Williams Renault 1:22.391 106
02 M.Şumaher Mercedes AMG Mercedes 1:23.384 + 0:00.993 127
03 K.Kobayaşi Sauber Ferrari 1:23.582 + 0:01.191 99
04 J.Batton McLaren Mercedes 1:23.918 + 0:01.527 114
05 J.E.Vern Toro Rosso Ferrari 1:24.433 + 0:02.042 78
06 M.Uebber Red Bull Renault 1:24.771 + 0:02.380 97
07 F.Massa Ferrari Ferrari 1:24.771 + 0:02.380 84
08 P.di Resta Force İndia Mercedes 1:25.646 + 0:03.255 83
09 T.Qlok Marussia Cosworth 1:26.173 + 0:03.782 108
10 V.Petrov Caterham Renault 1:26.448 + 0:04.057 70
22 fevral

bar2-hulk1

Quru. Günəşli. Havanın temperaturu +6°…+19° C, trasın temperaturu +9°…+26° C

Barselona testlərinin ikinci günü hadisələrlə zəngin olub – dünən sıralanma turunu imitasiya edən sürücülər bu gün yarışı imitasiya ediblər. Mövsümöncəsi testlərin yarısı arxada qalıb, mövsümün startına qədər cəmi altı test günü qalıb.

bar2-peres2
Lotus komandası dünən axşam Barselonanı tərk edib, Niko Rosberq yeni W03-ün sükanı arxasında debüt edib, Williams komandasının ehtiyat sürücüsü Valteri Bottas mövsümdə debüt edib, Vitaliy Petrov da Caterham-in heyətində debüt edib.

bar2-fet3
Testlər iki dəfə qırmızı bayraqlarla dayandırılıb – hər iki halda səbəbkar Daniel Rikkardo olub.

Günün ən böyük məsafəsini Lyuis Həmilton qət edib, protokollara isə Niko Hülkenberq başçılıq edib. Sabah testlər davam edəcək.

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 N.Hülkenberq Force İndia Mercedes 1:22.608 112
02 S.Peres Sauber Ferrari 1:22.648 + 0:00.040 85
03 S.Fettel Red Bull Renault 1:22.891 + 0:00.283 104
04 F.Alonso Ferrari Ferrari 1:23.180 + 0:00.572 87
05 D.Rikkardo Toro Rosso Ferrari 1:23.639 + 0:01.031 50
06 L.Həmilton McLaren Mercedes 1:23.806 + 0:01.198 120
07 N.Rosberq Mercedes AMG Mercedes 1:24.555 + 0:01.947 82
08 V.Bottas Williams Renault 1:25.738 + 0:03.130 117
09 V.Petrov Caterham Renault 1:26.605 + 0:03.997 69
10 Ş.Pik Marussia Cosworth 1:27.343 + 0:04.735 108
21 fevral

bar1-fet1

Quru. Günəşli. Havanın temperaturu +1°…+17° C, trasın temperaturu +3°…+24° C

Bu gün Barselonada on bir komanda mövsümöncəsi testlərin ikinci seriyasına başlayıblar, yalnız Hispania komandası testlərə gələ bilməyib – komandanın yeni maşını FİA-nın məcburi krəş-testini keçə bilməyib. Marussia komandası isə testlərə keçənilki maşınla qatılıb. Fransalı sürücü Şarl Pik MVR02-nin sükanı arxasında debüt edib və protokollarda sonuncu olmaqla günün ən böyük məsafəsini qət edib.

Səhər testlərdən əvvəl Mercedes AMG komandası yeni maşınını təqdim edib, qısa fotosessiyadan sonra Mixael Şumaher maşını trasa çıxarıb. Amma yeni maşının ilk günü problemsiz ötüşməyib – nahardan sonra almaniyalı sürücü hidravlik sistemdəki problemlər üzündən boksda vaxt itirib.

bar1-hulk2
Lotus komandası üçün test günü çox qısa alınıb. Komanda testlərə ikinci Е20-02 şassisini gətirib və Roman Qrojan bir neçə dövrə vurduqdan sonra mühəndislər maşında problemlərin olmasını üzə çıxarıblar. Problemi yerində həll etmək mümkün olmadığı üçün şassi Ənstoun göndərilib. Əvvəl xəbər verilib ki, sabah testlər Xeresdə istifadə olunan Е20-01 şassisi ilə davam edəcək, amma axşam komanda, ümumiyyətlə, testlərdən imtina etdiyini bildirib.

Sessiyanın startında iki saat sonra Heykki Kovalaynenin maşınında problemlər üzündən qırmızı bayraqlar dalğalanıb. Maşının evakuasiyası 10 dəqiqə çəkib, təmiri isə daha uzun müddət tələb edib – finlandiyalı sürücü trasa yalnız axşam qayıda bilib. Bir dəfə də sessiya Daniel Rikkardonun problemləri üzündən dayandırılıb.

bar1-ham3
Bəzi sürücülər bu gün sıralanma turunu imitasiya ediblər, ona görə də nəticələr sıx alınıb. Protokollara isə Sebastyan Fettel başçılıq edib. Sabah testlər davam edəcək.

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 S.Fettel Red Bull Renault 1:23.265 79
02 N.Hülkenberq Force İndia Mercedes 1:23.440 + 0:00.175 97
03 L.Həmilton McLaren Mercedes 1:23.590 + 0:00.325 114
04 D.Rikkardo Toro Rosso Ferrari 1:23.618 + 0:00.353 76
05 F.Alonso Ferrari Ferrari 1:24.100 + 0:00.835 75
06 M.Şumaher Mercedes AMG Mercedes 1:24.150 + 0:00.885 51
07 S.Peres Sauber Ferrari 1:24.219 + 0:00.954 66
08 B.Senna Williams Renault 1:25.711 + 0:02.446 97
09 H.Kovalaynen Caterham Renault 1:26.035 + 0:02.770 31
10 R.Qrojan Lotus Renault 1:26.809 + 0:03.544 7
11 Ş.Pik Marussia Cosworth 1:28.026 + 0:04.761 121

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*