15 Dekabr 2018, Şənbə - 20:35

Barselona avtodromu testlərə dəvət edir

Barselona avtodromu testlərə dəvət edir

Müəllif: Elçin Zodorov, redaktor

12:16 - 20 Yanvar, 2018

Builki qış testləri növbəti dəfə Barselonada baş tutacaq. Trasın rəhbərliyi bildirib ki, İspaniya Qran Prisinə bilet almış şəxslər səkkiz gün ərzində testləri tribunalardan pulsuz izləyə biləcəklər.

F-1.az bildirir ki, yarışa bilet almayan və testləri canlı izləmək istəyən şəxslər hər gün üçün 18 avro ödəməlidirlər – bu qiymət əvvəlki illərlə müqayisədə, bahadır. 12 yaşa qədər olan uşaqlar isə valideynlərinin müşayiəti ilə avtodrom ərazisinə pulsuz girə biləcəklər.

Test günlərində tamaşaçıların nəinki paddokda gəzərək, hətta media mərkəzi, bokslara baş çəkərək Formula1 ilə yaxından tanış olması artıq ənənə halını alıb. Eyni zamanda, tras boyunca mikroavtobuslarla ekskursiyalar təşkil olunur. Bütün bunlar üçün 50 avro ödəmək lazımdır və 5 yaşdan aşağı uşaqlar üçün ödəniş tələb olunmur.

Bundan əlavə, bu gündən etibarən test günləri üçün VİP biletlərin satışına başlanılıb. Boksların üzərində yerləşən xüsusi lojalardan testlərə baxmaq, TV-dən bütün gedişatı izləmək və tədbirlərdə iştirak edə bilmək üçün 254 avro ödəmək lazımdır.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 192
Teqlər , , ,
Paylaş

logo