22 Noyabr 2017, Çərşənbə - 13:02

Barselona, 24.02.2016

Barselona, 24.02.2016

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:38 - 24 Fevral, 2016

Yeni maşınların baza və sistem yoxlamalarını başa vuran komandalar mövsümöncəsi testlərin 3-cü günü şassinin müxtəlif konfiqurasiyasının aerodinamik effektivliyinin qiymətləndirilməsinə və sazlanmaların axtarışına keçiblər. Maşınlara çoxlu ölçmə cihazları və əlavə avadanlıqlar qoşulub, qanadlar hava axınının istiqamətini müəyyən etmək üçün yaşıl rəngə boyanıb. Amma qət olunan məsafə yenə də həlledici faktor olaarq qalıb – mövsümöncəsi testlərin cəmi 8 günə endirilməsi komandaları gərgin qrafikdə işləməyə məcbur edir. Xoşbəxtlikdən, bu il etibarlılıq problemləri çox azaldığı üçün komandalar asanlıqla gün ərzində 100 dövrəlik həddi aşa bilirlər.

F-1.az Barselonadan xəbər verir ki, bu gün Mercedes AMG komandası test proqramında düzəliş edib – ilk iki gün ərzində Həmilton və Rosberq beş İspaniya Qran Prisinin məsafəsini qət ediblər. Bu gün komanda sürücüləri arasında günü bölüb: nahara qədər Niko 74 dövrə vurub, nahardan sonra isə Lyuis daha 87 dövrə vurub – komanda gün ərzində 161 dövrə ilə yenə də liderdir.

Maraqlıdır ki, Toro Rosso-dan Karlos Sayns da təkbaşına elə 161 dövrə vurub – yalnız keçən ilin sonunda motor təchizatçısını dəyişmiş bir komanda üçün əla göstəricidir. Mövsümün əvvəlində komanda rəqabətədavamlı ola bilər.

Ferrari özü bu gün problemlərlə üzləşib – yeni maşında yanacaq sistemində problemlər üzə çıxıb və Kimi Rəykkönen nahara qədər trasda işləyə bilməyib, amma nahardan sonra itirilmiş vaxtı kompensə etməyə çalışıb. Qət olunan məsafə üzrə Mercedes-ə uduzan komanda öz proqramı üzrə işini davam etdirir.

Renault zavod komandası bu gün ikili hisslər yaşayıb – əvvəla, Palmeri sükan arxasında birinci dəfə əvəz edən Kevin Maqnussen komanda yoldaşının iki gün ərzində qət etdiyi məsafədən çox məsafə qət edib, ikincisi isə, maşın iki dəfə trasda dayanıb.

Bundan başqa marşallar daha iki dəfə qırmızı bayraqlara əl atmalı olublar – Saynsın maşınında təkər yaxşı bərkidilmədyi üçün səhər sessiya dayandırılıb, bir də Haryanto 5-ci döngədə trasdan çıxdığı üçün təxliyyə lazım olub.

Dünən Alonsonun 119 dövrəsindən sonra McLaren Honda da problemlərlə üzləşib – 51 dövrədən sonra Censon Battonun maşınından tüstü buludu qalxıb: Erik Bulye səbəbin güc qurğusu deyil, isti motora düşən mayeninin olmasını desə də, Batton bir daha trasa qayıtmayıb.

Williams-da Felipe Massa ilk dəfə yeni maşını yoxlayıb – braziliyalı sürücü hətta yarışı imitasiya etmək istəyib, amma proqramı başa vura bilməyib: axşama yaxın güc qurğusunda problem yaşanıb.

Red Bull-da bu gün Daniil Kvyat işləməyə başlayıb. Rusiyalı sürücü də axşama yaxın test proqramını dayandırmalı olub – dünənki problem təkrar olunub.

Nahara qədər sürücülərin çoxu Medium-da işləsələr də, nahardan sonra hamı daha yumşaq tərkiblərə keçib. Protokollara isə Niko Hülkenberq SuperSoft-da göstərdiyi nəticə ilə nail olub. Qrojanın Soft-la göstərdiyi nəticə ikinci olub – Haas maşını heç də yavaş deyil, Rəykkönen isə Medium-la 3-cü nəticə göstərib.

Sabah Barselonada ilk seriyanın sonuncu günüdür, qısa fasilədən sonra komandalar martn 1-də işlərini davam etdirəcəklər…

SürücüKomandaZamanFərqDövrə
1. N.HülkenberqForce İndia1:23.11099
2. R.QrojanHaas1:25.874+ 0:02.76482
3. K.RəykkönenFerrari1:25.977+ 0:02.86777
4. K.MaqnussenRenault1:26.014+ 0:02.904111
5. N.RosberqMercedes AMG1:26.084+ 0:02.97474
6. K.SaynsToro Rosso1:26.239+ 0:03.129161
7. F.NasrSauber1:26.392+ 0:03.282115
8. L.HəmiltonMercedes AMG1:26.421+ 0:03.31187
9. D.KvyatRed Bull1:26.497+ 0:03.38774
10. F.MassaWilliams1:26.712+ 0:03.602109
11. C.BattonMcLaren1:26.919+ 0:03.80951
12. R.HaryantoManor1:29.249+ 0:05.24977

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 400
Teqlər ,
Paylaş

logo