22 Noyabr 2017, Çərşənbə - 13:05

Barselona, 23.02.2016

Barselona, 23.02.2016

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:15 - 23 Fevral, 2016

Barselona testlərinin ikinci günü çox məhsuldar alınıb. Əgər dünən komandalar yeni maşınlar üçün ənənəvi olan “çek-list” prosedurları ilə, yəni maşınların finksiyalarının, sistemlərinin yoxlanması ilə məşğul olmuşdularsa, bu günü bütün komandalar öz proqramları üzrə işləməyə başlayıblar – əsas məqsəd isə güc qurğularının etibarlılığının artırılması olub. Sazlanmalarla yəqin ki, gələn həftə işləyəcəklər, bu həftə isə əsas vəzifə qət edilən məsafədir.

F-1.az xəbər verir ki, beş komandada sürücülər dəyişib. Rosberq, Peres, Ferstappen, Alonso və Quyerres rəsmi test günləri çərçivəsində yeni maşınları ilk dəfə yoxlayıblar. Manor günü hər iki sürücüsü arasında bölməyi planlaşdırsa da, nəticədə bütün günü Paskal Verlyayn işləyib.

Haas komandasının yeni maşını dünən ön antiqanadla problemlər yaşasa da, bu gün nahara yaxın komandanın tətbi etdiyi müvəqqəti qərar yeni maşınla yarış məsafəsini qət etməyə imkan verib.

Fernando Alonso tribunlara toplaşmış azarkeşlərinin gözləri önündə yüzdən çox dövrə vurub – yeni Honda güc qurğusu etibarlı alınıb. Komanda hələ sürət üzərində işləməyib, hazırda əsas məqsəd keçənilki problemlərin təkrarlna yol verməməkdir, amma inkişaf gözəçarpandır.

Protokollarda səkkiz sürücü 100-dən çox dövrə vura bilib, düzdür, Sauber keçənilki maşınla işləyib. İstənilən halda, gözəl göstəricidir!

Bu gün 3 dəfə qırmızı bayarqlarla sessiya dayandırılıb. Nahar fasiləsinə yaxın Ferstappenin maşını 13-cü döngədə dayanıb, təxliyyə olunmuş maşındakı problemi mexaniklər operativ həll ediblər və Maks tezliklə trasa qayıdıb. İkinci dəfə sessiya nahardan bir qədər sonra dayandırılıb – bu dəfə Palmerin maşınında Renault motoru “canını tapşırıb”. Dünən test gününü vaxtından əvvəl başa buran Colion bu gün də eyni aqibəti yaşayıb. Test gününün başa çatmasına bir neçə dəqiqə qalmış Fettelin qırmızı-ağ Ferrari-si 3-cü döngədə dayanıb və sessiya canlanmadan başa çatıb. Böyük ehtimalla komanda motorun yanacaq sərfiyyatını yoxlayırmış və çəndə sadəcə yanacaq qurtarıbmış.

Sürücülərin böyük əksəriyyəti Medium təkərlərlə işləyiblər – bu tərkib kifayət qədər böyük məsafəyə dözür və uzun dövrələr seriyasında işləməyə imkan verir. Bir çox sürücülər Soft tərkibini yoxlayıblar, Serxio Peres Super Soft, Fettel və Rikkardo isə UltraSoft tərkiblərində protokollarda ilk üç yeri qazanıblar. Bənövşəyi yeni təkərlər Medium-dan təxminən 2 saniyə sürətlidirlər.

Ən böyük məsafəni isə yenə də Mercedes AMG sürücüsü qət edib – bu dəfə Niko Rosberq komanda yoldaşının dünənki nəticəsini yaxşılaşdırıb: 172 dövrə. Qeyd etmək lazımdır ki, Niko yalnız Medium-la işləyib.

Sabah testlər davam edəcək və bir çox komandalarda sürücülər dəyişəcək…

Sürücü KomandaZamanFərqDövrə
1. S.FettelFerrari1:22.810126
2. D.RikkardoRed Bull1:23.525+ 0:00.715112
3. S.PeresForce İndia1:23.650+ 0:00.840101
4. N.RosberqMercedes AMG1:24.867+ 0:02.057172
5. M.ErikssonSauber1:25.237+ 0:02.427108
6. E.QutyerresHaas1:25.524+ 0:02.71479
7. V.BottasWilliams1:25.648+ 0:02.838134
8. P.VerlyaynManor1:25.925+ 0:03.11571
9. F.AlonsoMcLaren1:26.082+ 0:03.272119
10. C.PalmerRenault1:26.189+ 0:03.37942
11. M.FerstappenToro Rosso1:26.539+ 0:03.729121

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 457
Teqlər , ,
Paylaş

logo