22 Noyabr 2017, Çərşənbə - 12:58

Barselona, 23.02.2016, nahara qədər ilkin nəticələr

Barselona, 23.02.2016, nahara qədər ilkin nəticələr

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:47 - 23 Fevral, 2016

Barselona yaxınlığındakı Katalunya avtodromunda mövsümöncəsi testlərin ilk seriyası davam edir və bir az əvvəl ikinci günün ilk yarısı arxada qalıb, hamı nahar fasiləsinə yollanıb.

F-1.az xatırladır ki, testlərdə çempionatın iştirakçısı olan bütün 11 komanda iştirak edir və yalnız Sauber-dən başqa digər komandalar yeni maşınlarla işləyirlər. Bəzi komandalarda sürücülər dəyişib: Niko Rosberq Mercedes AMG-ə dünya çempionunu əvəz edib, Force İndia-da Serxio Peres yeni VJM09-u yoxlayıb, Maks Ferstappen hələ rənglənməmiş Toro Rosso-da debüt edib, yerli azarkeşlərin sevimlisi Fernando Alonso yeni McLaren-də yeni Honda motorunu sınayıb, çempionatın debütantı Haas komandası Esteban Qutyerreslə işləyib, Manor komandsı isə günü sürücüləri arasında bölüb – nahara qədər işləyən Paskal Verlyaynı fasilədən sonra Rio haryanto əvəz edəcək.

Dünən komandalar sadəcə yoxlama prosedurlarını yerinə yetirmidlər, bu gün isə komandalarda test proqramları fərqlənib – bəziləri dolu yanacaq çəni ilə işləyir, digərləri isə, əksinə, az yanacaqla qısa dövrələr seriyasında işləyirlər, bəziləri aerodinamik qiymətləndirmə aparır, digərləri isə təkərlərin effektivliyini dəyərləndirirlər.

Mercedes AMG hamını təəccübləndirməyə davam edir – səhər Rosberqin maşınında yan pantonların önündə darağı xatırladan maraqlı element peyda olub. Mercedes Motorsport-un başçısı Toto Volff dünən bildirmişdi ki, hər bir test günündə yenilik olacaq, ona görə sürprizlər davam edəcək.

Mercedes W07

Dünən Roman Qrojanın maşınında ön antiqanadın dağılmasından sonra Haas komandası problemin həll yollarını bu gün səhər də davam etdirib, ilk saatlarda  Qutyerres hamıdan az məsafə qət etmişdi, amma nahara yaxın komanda təsdiq etdi ki, maşına yenilənmiş qanad quraşdırılıb.

Dünən Toro Rosso komandası ötürmələr qutusundakı nasazlıq üzündən günü yarımçıq başa vurmuşdu, bu gün isə problemlər davam edib – Maks Ferstappen gözlənilmədən 13-cü döngədə dayanıb. Marşallar qırmızı bayraqlara əl atıblar. Amam problem operativ həll olunub və Maks trasa qayıda bilib.

Nahara yaxın Fettel və Rikkardo yeni UltraSoft təkərlərlə işləyiblər – 2016-cı ildə şəhər traslarında debüt edəcək bu tərkib doğrudan da sürətli alınıb. Sebastyan protokollara başçılıq edib, təkərlər isə bir sürətli dövrədən sonra dağılıb – Barselona trası bu təkərlərə uyğun deyil.

Günən ən böyük məsafəsini dünən olduğu kimi Mercedes AMG sürücüsü qət edib – Niko  nahara qədər qət etdiyi 81 dövrəni axşama 200 dövrəyə çatdırmağa çalışacaq. Nahar fasiləsindən sonra testlər davam edəcək…

SürücüKomandaZamanFərqDövrə
1. S.FettelFerrari1:22.81048
2. D.RikkardoRed Bull1:23.525+ 0:00.71558
3. N.RosberqMercedes AMG1:24.867+ 0:02.05781
4. S.PeresForce İndia1:25.692+ 0:02.88248
5. M.ErikssonSauber1:25.734+ 0:02.92449
6. V.BottasWilliams1:25.872+ 0:03.06255
7. P.VerlyaynManor1:25.925+ 0:03.11536
8. C.PalmerRenault1:26.189+ 0:03.37941
9. E.QutyerresHaas1:26.931+ 0:04.12132
10. F.AlonsoMcLaren1:27.198+ 0:04.38871
11. M.FerstappenToro Rosso1:27.346+ 0:04.53659

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 470
Teqlər , ,
Paylaş

logo