24 Noyabr 2017, Cümə - 17:14

Barselona, 18.05.2016

Barselona, 18.05.2016

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:29 - 18 May, 2016

Çempionatın 11 komandasından onu, yəni Sauber-dən başqa hamısı İspaniya Qan Prisindən sonra Barselona yaxınlığındakı avtodromda qalıblar – reqlamentə görə, bulilki mövsümiçi testlərin ilk seriyası iki gün ərzində Braselonada keçirilməlidir. Komandalar çoxlu yeniliklər gətiriblər, gənc sürücüləri dəvət ediblər – yendə də reqlamentə əsasən, dörd test günündən ikisində sükan arxasında gənc sürücülər işləməlidirlər, yəni maksimum iki dəfə Qran Priyə çıxmış sürücülər.

F-1.az bildirir ki, ikinci test günü iştirakçıların heyəti ən çox müzakirə olunan mövzu olub – səhər tezdən məlum olub ki, Mercedes AMG komandasında əvvəldən elan olunmuş Esteban Okon deyil, Manor komandasının sürücüsü Paskal Verlyayn çalışacaq. Esteban hazırda test sürücüsü olduğu Renault komandası ilə dünən çalışmışdı, keçən il Mercedes-in test sürücüsü olmuş Paskal da dünən Manor komandası ilə çalışmışdı.

Komanda bu əvəzləməni onunla izah edib ki, mühəndislərin hazırladıqları bəzi yenilikləri test etmək üçün daha təcrübəli sürücü lazım olub. Amma Paskal mövsümdə artıq beş Qran Pridə iştirak edib və gənc sürücü sayılmır. Ona görə də Lyuis Həmilton iyulda vətəni Silverstounda keçiriləcək ikinci testlərdə sükan arxasında işləyə bilməyəcək, çünki komanda həmin iki günü mütləq gənc sürücülərlə işləməlidir.

Həmilton üçün elə də böyük itki olmasa da, mətbuat bu xəbəri dərhal günün  mövzusuna çevirib – bəzi saytlar Həmiltonun artıq Monakoda Verlyaynla əvəz olunmasından yazıblar, bəziləri Nikonun müqaviləsinin uzadılması üçün təhdid hesab ediblər. Bəzi saytlar Renault motorunun güclü inkişafına cavab kimi qiymətləndiriblər. Versiyaların hamısı maraqlı idi, amma Verlyayn heç nəyə fikir vermədən böyük bir proqram üzrə işləyib və 133 dövrə vuraraq günün ən böyük məsafəsini qət edib.

Maraqlıdır ki, Renault motorçularının nailiyyətini güc qurğusunun yeni servsiyası ilə işləyən dörd sürücünün hamısı təsdiq edib – həm Red Bull-da, həm də zavod komandasında təsdiq ediblər ki, motorun gücü artıb və idarəolunması yaxşılaşıb. Yeni güc qurğusu Kanada Qran Prisində debüta hazırlaşır, məhz Monrealda qüvvələr nisbətindəki dəyişikliyi qiymətləndirə biləcəyik – testlərə kimin hansı yanacaq ehtiyatı ilə işləməsi məlum deyildi.

Williams komandası bu gün Felipe Massa ilə yenə də arxa antiqanadın fərqli versiyası ilə işə başlayıb. Mühəndislər maşının arxa hissəsində stabilliyin və effektivliyin çatışmaması səbəblərini müəyyən ediblər. Bir müddət sonra komanda adi konfiqurasiyaya qayıdıb və Monako Qran Prisi üçün sazlanmaların axtarışı davam etdirilib – keçən il komanda bu yarışda xal qazana bilməmişdi.

Digər sürücülər də oxşar proqram üzrə işləyiblər – trasın 3-cü sektoru Monako trasını xatırladır. Məhz bu hissədə keçən həftə zəif olan Ferrari komandası bu gün gənc sürücülər akademiyasının üzvü Antonio Fuoko ilə işləyib. Nahara qədər sürücü ancaq Medium tərkiblə işləyib, nahardan sonra isə 19 yaşlı italiyalı sürücü dünən Fettelin başladığı işi davam etdirib – sıralanma turu rejimində ilk dövrədən təkərlərin effektiv işləməsinə nail olmağa çalışıb.

Dünən Roman Qrojan komandanın onun üçün yığdığı yeni Haas şassisindən razı qamışdı, bu gün Esteban Qutyerres də komandanın inkişafını müsbət qiymətləndirib. Toro Rosso-da Daniil Kvyat böyük məsafə qət etsə də, günü vaxtından əvvəl başa vurmalı olub – güc qurğusunda problemlər yaşanıb.

Səhər Fertsappenin göstərdiyi nəticə elə günün sonuna qədər ən yaxşı qalıb, bu gün heç kim sürət üzərində işləməyib. Beləliklə, Barselona testləri başa çatıb…

YerNSürücüKomandaZamanFərqDövrə
133Maks FerstappenRed Bull1:23.267118
247Stoffel VandornMcLaren1:24.006+ 0:00.739108
394Paskal VerlyaynMercedes AMG1:24.145+ 0:00.878133
421Esteban QutyerresHaas1:24.592+ 0:01.325105
531Antonio FuokjFerrari1:24.720+ 0:01.453118
626Daniil KvyatToro Rosso1:24.737+ 0:01.470116
734Alfonso SelişForce İndia1:25.016+ 0:01.749103
820Kevin MaqnussenRenault1:25.133+ 0:01.866122
919Felipe MassaWilliams1:27.167+ 0:03.90094
1042Cordan KinqManor1:27.615+ 0:04.34891

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 1. 510
Teqlər , ,
Paylaş

logo