24 Noyabr 2017, Cümə - 17:15

Barselona, 17.05.2016

Barselona, 17.05.2016

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:36 - 17 May, 2016

İspaniya Qran Prisi başa çatdıqdan bir gün sonra Formula1 maşınları yenə də Circuit de Catalunya trasına çıxıblar. Bu il mövsümün gedişində İspaniya ə Böyük Britaniya mərhələlərindən sonra iki ikigünlük test seriyası nəzərdə tutulub. Ona görə də komandalar mövsümün qarşıdakı yarışları üçün hazırladıqları yenilikləri yoxlamağa başlayıblar – keçən həftəsonu zamanı toplanmış məlumatlar yeni məlumatlarla müqayisə edilib.

F-1.az xatırladır ki, reqlamentə görə dörd test günündən ikinsində mütləq gənc sürücülərlə işləməlidir – dörd komanda elə bu gün bu qaydaya əməl edib. Sauber komandası isə, ümumiyyətlə, testlərə gəlməyib.

Sessiyanın startından sonra maşınlar trasa çoxlu ölçmə cihazları ilə çıxıblar, Williams komandası isə hamını arxa antiqanadın maraqlı konstruksiyası ilə təəccübləndirib – mühəndislər maşının arxa hissəsində effektivlik və stabillik çatışmazlığının səbəblərini müəyyən ediblər, eyni zamanda komanda gələn il maşının arxasında artacaq asfalta yatma qüvvəsini imitasiya edib. Bir müddət sonra komanda maşını adi konfiqurasiyaya qaytarıb və işinə davam edib.

Ferrari komandası səhər qısa dövrələr seriyasında çalışıb, sonra sıralanma turunun imitasiyasına keçib – mühəndislər keçən həftə sıralanma turu və yarışda komandaya mane olan çətinlikləri aradan qaldırmağa çalışıblar.

Renault isə testlərə güc qurğusunun TJİ texnologiyası ilə işlənmiş yeni versiyasını gətirib – əgər hər şey normal oalrsa, onda həm zavod komandası, həm də Red Bull komandası artıq Kanada Qran Prisində yeni güc qurğusuna keçəcəklər.

Haas komandası Qrojan üçün yeni şassi gətirib – Roman son 3 yarışda şassidən narazı olduğu üçün komanda onun üçün sıfırdan yeni şassi yığıb və idarəolunma problemlərini həll etməyə çalışıb.

Nahardan sonra isə sürücülər uzun dövrələr seriyasına başlayıblar. Testlərdə bütün təkər tərkibləri komandaların ixtiyarında olduğu üçün bir çox sürücülərin nəticələri sıralanma turundakı nəticələrindən sürətli alınıb. İlk test gününün protokollarına isə Sebastyan Fettel başçılıq edib, Niko Rosberq ən böyük məsafəni qət edib. Sabah testlər davam edəcək, Force İndia-dan başqa bütün komandalarda sürücülər dəyişəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:23.220103
26Niko RosberqMercedes AMG1:23.337+ 0:00.117119
322Censon BattonMcLaren1:23.753+ 0:00.41686
48Roman QrojanHaas1:23.882+ 0:00.66296
594Paskal VerlyaynManor1:24.297+ 0:01.07786
63Daniel RikkardoRed Bull1:24.307+ 0:01.08789
738Pyer QasliToro Rosso1:24.821+ 0:01.60178
834Alfonso SelişForce İndia1:25.467+ 0:02.24799
941Aleks LinnWilliams1:26.071+ 0:02.85186
1045Esteban OkonRenault1:26.530+ 0:03.310105

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 1. 633
Teqlər , ,
Paylaş

logo