20 Noyabr 2017, Bazar ertəsi - 11:32

Barselona, 08.03.2017

Barselona, 08.03.2017

Müəllif: Elçin Zodorov, redaktor

21:19 - 08 Mart, 2017

Testlərin sonuna qalan vaxt azaldıqca, komandaların proqramları daha intensiv olur. Onlar artıq hər bir təkər növü ilə eyni məsafələr qət etməyə çalışırlar. Lakin yenə də əsas prioritet etibarlılıqdır.

F-1.az xəbər verir ki, komandalar səhər saatlarında daha çox aerodinamika üzərində çalışıblar – maşınların müxtəlif hissələrindəki rəngli boyalar da bundan xəbər verirdi. Sonrakı saatlarda isə diqqətlərini daha çox məsafə qət etməyə yönəldiblər.

 

McLaren üçün bu gün də problemsiz ötüşməyib və Fernando Alonso bir neçə saat boksda gözləməli olub. Onun qət etdiyi məsafə komandanın digər sürücüsü Stoffel Vandornun dünənki nəticəsindən iki dəfə az olub. Maks Ferstappen də güc qurğusunun əvəzlənməsinə görə vaxt itirib, buna baxmayaraq, gün ərzində ən çox dövrə vuran sürücü olub. Lakin Red Bull əvəzlənən motorların sayına görə heç də McLaren-dən geri qalmır.

Renault-da Colion Palmer səhər seansında trasa çıxmaq üçün xeyli gözləməli olub və nəticədə gün ərzində ən az dövrə vuran sürücü olub. Nahardan sonra onu əvəzləyən Niko Hülkenberq üçün isə günü məhsuldar hesab etmək olar – alman sürücü 61 dövrə vurub.

 

Axşam saatlarında seans üç dəfə qırmızı bayraqlarla dayandırılıb. İdarəetməni itirən Kimi Rəykkönen çınqıllığa çıxıb. Əvvəlcə maşının arxası, sonra isə önü baryerlərdə dəyib. Maşının qanadı və asılqanı zədələnib və finlandiyalı üçün test günü başa çatıb. Qəzadan 12 dəqiqə sonra yaşıl işıqlar yanıb və testlər davam edib.

Qırmızı bayraqlar ikinci dəfə Ferstappenin maşınının 13-cü döngədə dayanmasına görə dalğalanıb. Maşın tezliklə təxliyə olunub və sürücülərin prqoramlarını başa çatdıra bilmələri üçün sessiya beş dəqiqə uzadılıb. Lakin bu dəfə də Markus Erikssonun maşınında problem meydana gəlib. Üçüncü qırmızı bayraqdan sonra sessiya davam etdirilməyib.

 

Valtteri Bottas builki testlərin hələ ki, ən sürətli dövrəsini vuraraq protokollara başçılıq edib – 1:19.310. Felipe Massanın nəticəsi də ona yaxın olub.

Testlər sabah davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrəTəkər
177Valtteri BottasMercedes AMG1:19.31070SuperSoft
219Felipe MassaWilliams1:19.420+ 0:00.11063UltraSoft
37Kimi RəykkönenFerrari1:20.406+ 0:01.09653Soft
433Maks FerstappenRed Bull1:20.432+ 0:01.122102Soft
518Ləns StrollWilliams1:20.579+ 0:01.26959SuperSoft
644Lyuis HəmiltonMercedes AMG1:20.702+ 0:01.39279Soft
727Niko HülkenberqRenault1:21.213+ 0:01.90361SuperSoft
811Serxio PeresForce İndia1:21.297+ 0:01.987100SuperSoft
955Karlos SaynsToro Rosso1:21.872+ 0:02.56292Soft
108Roman QrojanHaas1:21.887+ 0:02.57796UltraSoft
1194Paskal VerlyaynSauber1:23.000+ 0:03.69059Soft
1214Fernando AlonsoMcLaren1:23.041+ 0:03.73146Soft
139Markus ErikssonSauber1:23.384+ 0:04.07446Soft
1430Colion PalmerRenault1:24.774+ 0:05.46429SuperSoft

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 4. 680
Teqlər , , , , ,
Paylaş

logo