18 Oktyabr 2018, Cümə axşamı - 05:29

Barselona, 07.03.2018

Barselona, 07.03.2018

Müəllif: Elçin Zodorov, redaktor

21:21 - 07 Mart, 2018

İkinci testlərin ikinci günü komandalar adətən sürət üzərində işləməyə başlayırlar və maksimum nəticələr göstərməyə çalışırlar. Bu dəfə də belə olub. Pilotların bəziləri diqqətini uzun məsafələr qət etməyə yönəldib, bəziləri isə sıralanma turu rejimində işləyiblər – az yanacaq yükü və ən yumşaq təkərlərlə trasa çıxıblar.

F-1.az xəbər verir ki, bu dəfə də ən çox problemlə üzləşən McLaren olub. Lakin komanda problemləri ciddi hesab etmir. Dünən Vandornun işləməsinə elektrik və hidravlik sistemdəki sızma mane olub, bu gün isə Alonso yağ sızması problemi ilə üzləşib. İspan sürücünün maşınına yeni motorun yerləşdirilməsinə altı saat yarım vaxt sərf olunub və o, günün sonuna 10 dəqiqə qalmış trasa qayıda bilib. Komanda qət edilən məsafəyə görə autsayderdir, çünki geridə qalan 6 günün yalnız biri problemsiz keçib.

Qrojanın maşınında da yağ sızıntısı olub. Komanda maşının etibarlılığından razı idi, lakin bu gün onlar üçün yaxşı keçməyib.

Williams-da səhər Stroll, nahardan sonra isə Sirotkin işləyib. Rus sürücü pit yolunda maşını saxlamalı olub, lakin problem tezliklə aradan qaldırılıb. Ferrari-də səhər Rəykkönen sükan arxasına keçməli idi. Lakin özünü yaxşı hiss etmədiyi üçün onu Fettel əvəzləyib. Finlandiyalı sürücü sonradan trasa çıxsa da, çox məsafə qət etməyib. Komanda da əsas rəqiblərindən fərqli olaraq, ən yumşaq tərkiblərə keçərək sürətli dövrə vurmağa çalışmayıb.

Gün sakit keçib. Sessiya nadir hallarda dayandırıldığından, sürücülər ardıcıl dövrələr vuraraq təkərlərin səmərəliliyini yoxlaya bilbilər.

Ənənəvi nahar fasiləsi bu gün də olmayıb – komandalar keçən həftə hava şəraitinə görə itirilmiş vaxtı kompensasiya etmək üçün ardıcıl 9 saat işləmək barədə razılığa gəliblər.

Daniel Rikkardo günün ilk hissəsində HyperSoft təkərlərlə hamını təəccübləndirib – 1:18.047. Bu, Barselona trasının qeyri-rəsmi rekordudur. Sona 4 dəqiqə qalmış, Lekler çınqıllığa düşdüyü üçün qırmızı bayraqlarla sessiya dayandırılıb və restart verilməyib. Testlər sabah davam edəcək.

YerNSürücüKomandaZamanFərqDövrəTəkər
13Daniel RikkardoRed Bull1:18.047165HyperSoft
244Lyuis HəmiltonMercedes AMG1:18.400+ 0:00.35390UltraSoft
377Valtteri BottasMercedes AMG1:18.560+ 0:00.51385UltraSoft
45Sebastyan FettelFerrari1:19.541+ 0:01.49466Soft
528Brendon HartliToro Rosso1:19.823+ 0:01.776119HyperSoft
614Fernando AlonsoMcLaren1:19.856+ 0:01.80957HyperSoft
755Karlos SaynsRenault1:20.042+ 0:01.99588Medium
88Roman QrojanHaas1:20.237+ 0:02.19078Soft
97Kimi RəykkönenFerrari1:20.242+ 0:02.19549Soft
1018Ləns StrollWilliams1:20.349+ 0:02.30263Soft
1127Niko HülkenberqRenault1:20.758+ 0:02.711102SuperSoft
1231Esteban OkonForce İndia1:20.805+ 0:02.758130Soft
1316Şarl LeklerSauber1:20.918+ 0:02.871160SuperSoft
1435Sergey SirotkinWilliams1:22.350+ 0:04.30380Soft

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 241
Teqlər , , ,
Paylaş

logo