24 Noyabr 2017, Cümə - 17:14

Barselona, 04.03.2016, nahara qədər ilkin nəticələr

Barselona, 04.03.2016, nahara qədər ilkin nəticələr

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:57 - 04 Mart, 2016

Builki mövsümöncsi testlər başa çatmaq üzrədir, mexaniklər artıq avadanlıqları yığışdırmağa başlayıblar – bu gün axşam komandalar bazalarına yollanacaqlar və iki həftədən sonra Melburnda görüşəcəklər.

F-1.az bildirir ki, testlərin son günündə hamı sıralanma turu və yarışı imitasiya etməyi planlaşdırır.

Lyuis Həmilton artıq test proqramını başa vurub – nahardan sonra onu Niko Rosberq əvəz edəcək. Dünən üçqat dünya çempionu testlərin son günündə  yumşaq təkərlərlə işləmək arzusunda olduğunu desə də, komanda bu gün yenə də Medium-la işləyib.

Nahar fasiləsinə 10 dəqiqə qalmış Lyuis pit-leynin çıxışında maşını saxlayıb – səkkiz gündə ilk dəfə Mercedes AMg maşını qırmızı bayraqlara səbəb olub.

Bu gün səhər Sebastyan Fettel də Halo adını almış sürücünün başınının müdafiəsi sistemini test edib. Sonra sıralanma turu rejimində müxtəlif təkər tərkibləri ilə qısa dövrələr seriyasında işləyib. Maraqlıdır ki, Sebastyan UltraSoft təkərlərlə SuperSoft təkərlərdə göstərdiyi nəticəni yaxşılaşdıra bilməyib. Hələlik, protokollara almaniyalı sürücü başçılıq edir – 1:22.852.

Nahardan sonra testlər davam edəcək…

SürücüKomandaZamanFərqTəkərDövrə
1. S.FettelFerrari1:22.852SuperSoft54
2. K.SaynsToro Rosso1:23.134+ 0:00.282UltraSoft57
3. S.PeresForce İndia1:23.721+ 0:00.869SuperSoft44
4. L.HəmiltonMercedes AMG1:24.133+ 0:01.281Medium69
5. D.RikkardoRed Bull1:24.427+ 0:01.575Soft61
6. C.BattonMcLaren1:24.714+ 0:01.862UltraSoft54
8. C.PalmerRenault1:24.859+ 0:02.007Soft29
7. M.ErikssonSauber1:25.231+ 0:02.179Soft57
9. R.QrojanHaas1:25.255+ 0:02.403Soft52
10. F.MassaWilliams1:25.696+ 0:02.844Medium63
11. R.HaryantoManor – –

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 473
Teqlər , ,
Paylaş

logo