19 Noyabr 2017, Bazar - 14:32

Barselona, 03.03.2016

Barselona, 03.03.2016

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

22:01 - 03 Mart, 2016

Qısa mövsümöncəsi testlər artıq başa çatmaq üzrədir, dünən 3, bu gün isə daha 7 sürücü üçün mövsümə hazırlıq başa çatıb – Kimi Rəykkönen, Daniil Kvyat, Niko Hülkenberq, Maks Ferstappen, Felipe Nasr, Fernando Alonso və Paskal Verlyayn bir də sükan arxasına Melburnda oturacaqlar. Verlyayndan başqa bu sürücülərin hamısı bu gün sıralanma turu və yarışı da imitasiya ediblər.

F-1.az bildirir ki, Haas komandası testlərin ilk iki günü komandaya mane olan problemləri həll etmək üçün bütün gecəni çalışıb və bu gün Roman Qrojan kifayət qədər məsafə qət edib, amma üç dəfə qırmızı bayraqların dalğalanmasına səbəb olub – birinci və dördüncü döngələrdə trasdan çıxıb, onuncu döngədə isə trasda dayanıb.

Daniil Kvyat səhər pit-stopları məşq edib, aerodinamika və sazlanmalar üzərinə işləyib, Soft tərkibində qısa dövrələr seriyası edib, nahardan sonra isə problemsiz yarışı imitasiya edib.

Renault-da Maqnusseni bu gün Colion Palmer əvəz edib – keçən həftə Palmer hər iki günü boksda keçirməli olmuşdu. Bu dəfə səhər komanda problemlərlə üzləşib – mexaniklər ötürmələr qutusunu dəyişməli olublar. Amma sonra britaniyalı sürücü yüzə yaxın dövrə vura bilib.

Ferrari bu gün səhər hamını təəccübləndirib – Rəykkönenin maşınında sürücünün başını müdafiə sistemi quraşdırılıb. Məqsəd sürücünün görüntüsünü qiymətləndirmək olub, amma Halo adını alan sistem paddokda birmənalı qarşılanmayıb. Sistem Kiminin maşınından söküldükdən sonra komandanın nümayəndəsi onu mətbuat mərkəzinə gətirib. Kimi isə bildirib ki, görüntü ilə problem yaşanmayıb.

Mercedes AMG yenə də günü sürücüləri arasında bölüb – səhər Niko Rosberq, nahardan sonra isə Lyuis Həmilton işləyiblər. Dünən Həmilton Soft tərkiblərindən narazı qalmışdı, amma bu gün hər iki sürücü ancaq Medium tərkibi ilə çalışıblar.

Protokollara Kimi Rəykkönen başçılıq edib, finlandiyalı sürücü hələ səhər UltraSoft təkərlərlə qısa dövrələr seriyasında builki testlərin ən yaxşı nəticəsini göstərib – 1:22.765. İlk dördlükdə yer alan sürücülərdən yalnız Felipe Massa bu tərkibdən istifadə etməyib, braziliyalı sürücü bu gün Soft-la işləyib. Günün ən böyük məsafəsini isə yendə də Toro Rosso sürücüsü qət edib – Maks Ferstappen bu gün 159 dövrə vurub…

YerNSürücüKomandaMaşınZamanFərqDövrəTəkər
17Kimi RəykkönenFerrariSF16-H1:22.765136UltraSoft
219Felipe MassaWilliamsFW381:23.193+ 0:00.428119Soft
327Niko HülkenberqForce İndiaVJM091:23.251+ 0:00.486137UltraSoft
433Maks FerstappenToro RossoSTR111:23.382+ 0:00.617159UltraSoft
56Niko RosberqMercedes AMGW071:24.126+ 0:01.36181Medium
612Felipe NasrSauberC351:24.760+ 0:01.995115Soft
714Fernando AlonsoMcLarenMP4-311:24.870+ 0:02.105118SuperSoft
894Paskal VehrlyaynManorMRT051:24.913+ 0:02.14848UltraSoft
926Daniil KvyatRed BullRB121:25.141+ 0:02.376121Soft
1030Colion PalmerRenaultRS161:26.224+ 0:03.45998Soft
1144Lyuis HəmiltonMercedes AMGW071:26.488+ 0:03.72363Medium
128Roman QrojanHaasVF-161:27.196+ 0:04.43177Soft

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 477
Teqlər , ,
Paylaş

logo