20 Noyabr 2017, Bazar ertəsi - 11:30

Barselona, 03.03.2016, nahara qədər ilkin nəticələr

Barselona, 03.03.2016, nahara qədər ilkin nəticələr

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:46 - 03 Mart, 2016

Mövsümöncəsi testlərin ikinci seriyasının üçüncü günü Kimi Rəykkönen, Daniil Kvyat, Niko Hülkenberq, Maks Ferstappen, Felipe Nasr, Fernando Alonso və Paskal Verlyayn üçün son hazırlıq günü olacaq – onlar bir də sükan arxasına Melburnda oturacaqlar. Ona görə də sürücülərin çoxu bu gün sıatalanma turu və yarışı imitasiya etməklə məşğul olacaqlar.

F-1.az bildirir ki, komandaların çoxu son iki test gününə yeniliklər hazırlayıblar, hamıdan çox isə Ferrari çalışıb – səhər Kimi Rəykkönen trasa sürücünün başının müdafisəi sistemi ilə çıxıb.

Haas komandası ikigünlük problemləri dəf edərək bu gün trasa qaydıblar – Roman Qrojan fasiləyə qədər təxminən yarış məsafəsi qət edib.

QIş testlərindən sonra UltraSoft tərkibi ilə sürücülər bir də mayda Barselona testlərində və ya elə Monakoda həftəsonu ərzində işləyə biləcəklər, ona görə də Rəykkönen, Hülkenberq və Ferstappen fürsətdən istifadəe dərək ən yumşaq təkərlərdən istifadə ediblər. Təkərlər sürətlidirlər, protokollara da bu üçlük başçılıq edib, Rəykkönen isə əns ürətli olub – 1:22.785, hələlik bu il Barselonada heç kim belə sürətli olmamışdı.

Testlərin sonuna 2 dəqiqə qalmış qırmızı bayraqlar dalğalanmağa başlayıb – Qrojan 4-cü döngədə çınqıllığa düşüb.

Nahardan sonra testlər davam edəcək, Rosberqi Həmilton əvəz etməlidir…

SürücüKomandaZamanFərqDövrə
1. K.RəykkönenFerrari1:22.76541
2. N.HülkenberqForce İndia1:23.251+ 0:00.48649
3. M.FerstappenToro Rosso1:23.382+ 0:00.61759
4. N.RosberqMercedes AMG1:24.126+ 0:01.36181
5. F.NasrSauber1:24.760+ 0:01.99537
6. F.AlonsoMcLaren1:24.870+ 0:02.10557
7. D.KvyatRed Bull1:25.141+ 0:02.37662
8. F.MassaWilliams1:25.420+ 0:02.65546
9. C.PalmerRenault1:27.182+ 0:04.41726
10. R.QrojanHaas1:28.110+ 0:05.34559
11. P.VerlyaynManor1:28.476+ 0:05.71119

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 432
Teqlər , ,
Paylaş

logo