24 Noyabr 2017, Cümə - 09:43

Barselona, 02.03.2016, nahara qədər ilkin nəticələr

Barselona, 02.03.2016, nahara qədər ilkin nəticələr

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:54 - 02 Mart, 2016

Mövsümöncəsi testlər artıq başa çatmaq üzrədir, komandalar çox gərginq rafik və məhsuldar proqramlar üzrə işlərini davam etdirirlər. Bəzi komandalar sıralanma turu və yarışı imitasiya edirlər. Bu 3 gün hansısa sürücü üçün sonuncu test günü olacaq. Bu gün test hazırlığını Valtteri Bottas və Kevin Maqnussen başa vuracaq. Onlar bir də sükan arxasına Melburnda keçəcəklər…

F-1.az bir daha bildirir ki, Mercedes AMG komandası ənənəyə sadiq qalaraq günü sürücüləri arasında bölüb – dünənkindən fərqli olaarq bu dəfə Həmilton nahara qədər işləyib, Nahardan sonra onu Rosberq əvəz edəcək.

Red Bull komandasının rəhbərliyi bu gün Daniel Rikkardonun RB12-nin sükanı arxasında işini diqqətlə izləyib – avtodroma Diter Mateşiç və Helmut Marko gəliblər. Səhər Rikkardo mexaniklərlə pit-stop prosedurunu məşq edib – bir saatdan sonra avstraliyalı sürücü uzun məsafələrdə işləməyə başlayıb.

Haas komandası yanacaq sistemindəki problem üzündən dünən nahardan sonra trasda işləyə bilməmişdi, bu gün səhər isə turbində problemlər üzə çıxıb. Keçən həftə yeni maşının debütü uğurlu görünsə də, bu həftə komanda yeni maşınla “doyunca” işləyə bilməyib.

Dünən mövsümdə debüt etmiş Sauber maşını yaxşı təsir bağışlasa da, Eriksson yalnız nahar fasiləsinə az qalmış boksu tərk edə bilib.

Uzun müddət protokollara Fettel başçılıq edib – Ferrari-nin sürücüsü Medium təkərlərlə uzun dövrələr seriyasında çalışıb, sonra ən yaxşı nəticəni SuperSoft tkərlərlə Maqnussen göstərib – Renault sıralanma turunu imitasiya edib, yekunda isə Həmilton protokollarda ilk sətri zəbt edib – britaniyalı sürücü Soft təkərlərlə sıralanma turu rejimində işləyib.

Nahar fasiləsindən sonra testlər davam edəcək…

SürücüKomandaZamanFərqDövrə
1. L.HəmiltonMercedes AMG1:23.62271
2. K.MaqnussenRenault1:23.933+ 0:00.31154
3. S.FettelFerrari1:24.611+ 0:00.98963
4. V.BottasWilliams1:25.151+ 0:01.52957
5. C.BattonMcLaren1:25.183+ 0:01.56145
6. D.RikkardoRed Bull1:25.235+ 0:01.61342
7. K.SaynsToro Rosso1:25.300+ 0:01.67859
8. S.PeresForce İndia1:26.188+ 0:02.56658
9. P.VerlyaynManor1:27.064+ 0:03.44240
10. M.ErikssonSauber1:30.309+ 0:06.6877
11. E.QutyerresHaas –1

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 389
Teqlər , ,
Paylaş

logo