20 Noyabr 2017, Bazar ertəsi - 11:35

Barselona, 01.03.2016, nahara qədər ilkin nəticələr

Barselona, 01.03.2016, nahara qədər ilkin nəticələr

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:18 - 01 Mart, 2016

Mövsümöncəsi testlərin ikinci seriyası bu gün səhər Toro Rosso komandasının fotosessiyası ilə başlayıb – komanda keçən həftə işlədiyi yeni maşının builki rəng çalarlarını təqdim edib. Sauber komandasının yeni maşını isə ilk dəfə trasa çıxıb – qarşıdakı dörd gün ərzində komanda maşını mövsümün ilk yarışına hazırlamalıdır.

F-1.az bildirir ki, bəzi komandalar bu gün testlərə ikinci şassi ilə başlayıblar – ona görə də səhər baza yoxlanmaları zəruri olub. Bəzi komandalar yeni aerodinamik elementlər gətiriblər, ona görə də Kvyat, Bottas və Rəykkönen aerodinamik təzyiqi ölçən cihazlarla trasa çıxıblar. Rio Haryanto boksda ləngiməli olub – Manor-un ikinci şassisində yağ sızıntısı aşkar olunub.

Kvyatın maşınında arxa sağ təkərin əyləcləri tüstülənsə də, mexaniklər nasazlığı operativ aradan qaldıra biliblər.

Alonso və Rosberq Soft təkərlərlə, digərləri isə Medium təkərlərlə işləyiblər – Niko protokollara başçılıq etsə də, Fettelin keçən həftə UltraSoft-la göstərdiyi nəticəyə azca uduzub. Rosberq həm də günün ən çıx məsafəsini qət edib. Nahardan sonra almaniyalı sürücünün komanda yoldaşı Lyuis Həmilton əvəz edəcək.

Sessiya qırmızı bayarqlar altında başa çatıb – Fernando Alonsonun maşını trasda dayanıb. Nahardan sonra testlər davam edəcək…

SürücüKomandaZamanFərqDövrə
1. N.RosberqMercedes AMG1:23.02282
2. K.RəykkönenFerrari1:24.836+ 0:01.81442
3. F.AlonsoMcLaren1:25.252+ 0:02.23050
4. V.BottasWilliams1:25.255+ 0:02.23358
5. M.FerstappenToro Rosso1:25.356+ 0:02.33459
6. N.HülkenberqForce İndia1:25.954+ 0:02.93250
7. D.KvyatRed Bull1:26.227+ 0:03.20522
8. E.QutyerresHaas1:26.661+ 0:03.63923
9. F.NasrSauber1:26.923+ 0:03.90142
10. K.MaqnussenRenault1:26.981+ 0:03.95954
11. R.HaryantoManor –1

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 571
Teqlər , ,
Paylaş

logo