20 Noyabr 2017, Bazar ertəsi - 06:13

Bakıya gələcək bütün sürücülər məlumdur

Bakıya gələcək bütün sürücülər məlumdur

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:11 - 19 Fevral, 2016

Dünən çempionatda boş olan son vakansiya da tutulduqdan sonra komandaların tam heyəti formalaşıb.

Bununla da iyun ayında ölkəmizə gələcək komandaların tam heyəti məlum olub. F-1.az xatırladır ki, bu il çempionatda 11 komanda iştirak edir və hər bir komandanı iki sürücü təmsil edir. Ona görə də Hökumət Evinin qarşısındakı start-finiş düzlüyündə iyunun 19-da dünyanın ən sürəti 22 sürücüsünü görəcəyik. Qeyd edək ki, peletonda 5 dünya çempionu (Sebastyan Fettel, Lyuis Həmilton, Fernando Alonso, Kimi Rəykkönen və Censon Batton) yarışacaq. Komandaların heyəti ilə bir daha bu cədvəldən tanış ola bilərsiniz.

Bu gün çempionat iştirakçılarının sahib olduqları bəzi möhtəşəm nəticələri nəzərinizə çatdırmaq istədik.

Cədvəldən də göründüyü kimi peletonda ən təcrübəli sürücü Censon Battondur. Britaniyalı sürücü 17-ci mövsümünə hazırlaşır və indiyə kimi 287 Qran Pridə iştirak etməklə 284 yarışda start alıb və 15 mindən çox dövrə vurmaqla 75.5 min km-dən çox məsafə qət edib. Bakıya gələn sürücülər arasında ən titullusu dördqat dünya çempionu Sebastyan Fettel olsa da, qələbə sayına görə cəmi bir qələbəlik üstünlük sonuncu dünya çempionu Lyuis Həmiltondadır – 43 qələbə. Amma Sebastyan 2013-cü ilin ikinci yarısında ardıcıl 9 qələbə qazanmaqla adını F1 tarixinə yazdırıb.

Podiumların sayına görə Bakıya gələcək sürücülər arasında Fernando Alonso (90) liderlik etsə də, pouldan və birinci cərgədən start almaq üzrə lider Lyuis Həmiltondur. Sürətli dövrələrə görə Kimi Rəykkönen (42) rəqiblərini çox qabaqlayır. Sebastyan Fettelin 28 dubluna (pouldan start almaqla qələbə qazanmaq) Lyuis Həmilton 9 het-triklə (poul, qələbə və sürətli dövrə) cavab verib. Startdan finişədək liderlik daha çox etdiyinə görə (13 dəfə) Sebastyan Fettel peletonda 4 dəfə Böyük Dəbilqə (het-trik və startdan finişədək liderlik) qazanmış sürücüdür.

Sebastyan Fettel həm də Formula1 tarixində indiyə qədər ən çox xal qazanmış sürücüdür. Hazırda onun hesabında 1896 xal var.

Amma Bakıda keçiriləcək yarışa qədər təqvimdə 7 yarış var və bu cədvəldəki bir çox göstəricilər üzrə adlar dəyişə bilər. Əminik ki, mövsüm maraqlı start alacaq və biz hər bir yarışda qələbə uğrunda gərgin mübarizə görəcəyik…

Göstərici2016-cı ilFormula1 tarixində
 SürücüSay SürücüSay 
 F1-də mövsüm Censon Batton 16 Rubens Barrikello 19
 Qran Pri Censon Batton 287 Rubens Barrikello 326
 Start Censon Batton 284 Rubens Barrikello 322
 Qələbə Lyuis Həmilton 43 Mixael Şumaxer 91
 Ardıcıl qələbə Sebastyan Fettel 9 Sebastyan Fettel 9
 Podium Fernando Alonso 97 Mixael Şumaxer 155
 Ardıcıl podium Lyuis Həmilton 16 Mixael Şumaxer 19
 Poul Lyuis Həmilton 49 Mixael Şumaxer 68
 Ardıcıl poul Lyuis Həmilton 7 Ayrton Senna 8
 Birinci cərgə Lyuis Həmilton 90 Mixael Şumaxer 116
 Ardıcıl birinci cərgə Lyuis Həmilton 20 Ayrton Senna 24
 Sürətli dövrə Kimi Rəykkönen 42 Mixael Şumaxer 77
 Ardıcıl sürətli dövrə Kimi Rəykkönen 6 Alberto Askari 7
 Dubl Sebastyan Fettel 28 Mixael Şumaxer 40
 Het-trik Lyuis Həmilton 9 Mixael Şumaxer 22
 Startdan finişədək liderlik Sebastyan Fettel 13 Ayrton Senna 19
 Böyük Dəbilqə Sebastyan Fettel 4 Cim Klark 8
 Dövrələr Censon Batton 15182 Mixael Şumaxer 16825
 Liderlik dövrələri Sebastyan Fettel 2614 Mixael Şumaxer 5112
 Məsafə, km-lə Censon Batton 75542.46 Mixael Şumaxer 81209.07
 Liderlik məsafəsi, km-lə Sebastyan Fettel 13754.83 Mixael Şumaxer 24153.11
 Xallar Sebastyan Fettel 1896 Sebastyan Fettel 1896

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 465
Teqlər , , , , , , , ,
Paylaş

logo