Bakıda baş verənlər video-oyunda canlandırılıb (video)

Bir hədtə əvvəl ölkəmizin paytaxtında baş tutmuş yarış müxtəlif hadisələrlə zəngin olmuşdu, belə bir xaotik yarışı video-oyunda canlandırmağı təssəvvür belə etmək çətin olardı. Amma Youtube sosieal şəbəkəsinin Nekrews 51 adlı istifadəçisi bizim yarışı çox keyfiyyətli və həqiqətə maksimum yaxın canlandıra bilib.

Formula1 çempionatının cari mövsümünü əks etdirən F1 2017 oyunu hələ bu ilin avqust ayında təqdim olunmalıdır, ona görə də Youtube istifadəçisi F1 2016 oyunundan yararlanıb – keçənilki maşınlar bizim yarışın canlandırılmasını heç korlamayıblar.

İkinci döngədə Valtteri Bottas və Kimi Rəykkönenin toqquşması, Force İndia komandasının sürücüləri arasındakı insident, Daniel Rikkardonun üçqat ötməsi və əlbəttə ki, restartdan əvvəl Lyuis Həmiltonla Sebastyan Fettel arasındakı qalmaqallı epizod – Bakı Şəhər Halqasında baş verən bütün bu hadisələr dəqiqliklə video-oyunda canlandırılıb.

F-1.az həmin oyunu sizə təqdim edir…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*