21 İyun 2018, Cümə axşamı - 12:19

Bakı Şəhər Halqasını yaxından tanıyaq

Bakı Şəhər Halqasını yaxından tanıyaq

Müəllif: Rauf Hacıyev, redaktor

13:45 - 24 Mart, 2016

Bakı Şəhər Halqasını ilk dəfə görəndə təəccüblənmişdim. Trasda uzun düzlüklər bir-birinin ardınca gəlirdi. Düzdür, bol düzlüklü traslar əvvəllər də olub və indi də var. Məsələn, Hokkenhaym trasının köhnə versiyası və ya Red Bull Rinq trası. Amma bu daimi yarış traslarıdır. Bakı Şəhər Halqası isə şəhər tipli trasdır. Bakıdaki tras öz dizaynına görə digər şəhər tipli traslardan fərqlənirdi. Təəccübümün əsas səbəbi də bu idi. İndi isə gəlin, Bakı Şəhər Halqasını yaxından tanıyaq.

Trasın yeri:

Tras Bakı şəhərinin mərkəzindən keçir və dəniz kənarında yerləşir. BŞH bu yönünə görə Monakonu xatırladır.

Bakı şəhərinin mərkəzində futurist memarlıqla qədimi tikililər, yəni, 12-ci əsrdə tikilmiş abidələrlə 21-ci əsrdə tikilən binalar sintez təşkil edir. Bu da yarışı baxımlı edəcək faktorlardan biri olacaq.

Texniki detallar və quruluşu:

BŞH-nin uzunluğu 6006 m-dir. Tras 3 uzun düzlük və 20 döngədən (12 sol, 8 sağ) ibarətdir. Trasda maksimum sürətin 340 km/saat, ortalama sürətin isə 210 km/saat olması gözlənilir ki, bu da şəhər tipli traslar arasında ən yüksək göstərici sayılır.

Bizim Tras quruluşuna görə son illərdə Formula1 təqviminə daxil olan Tilkedromlardan fərqlənir. Herman Tilkenin trasları çox vaxt bir-birlərinə bənzəsələr də, almaniyalı dizayner Bakıda fərqli tras hazırlaya bilib. Bakı şəhər Halqası Formula1-in iki tarixi trası – Monako və Montsa traslarını xatırladır. Monako kimi şəhər tipli trasdır, tarixi və gözəl bir şəhərdə və dənizkənarına yaxın bir ərazidə yerləşir. Montsa kimi uzun düzlükləri var. Bakı trası bu iki əzəmətli trasın xüsusiyyətlərini özündə birləşdirib.

Tras barədə hələki heç bir texniki məlumat yoxdur, bunun səbəbi isə burada hələ yarış keçirilməməsidir. Məhz buna görə də Pirelli şirkəti Bakı yarışına bu ildən istifadəyə verilən UltraSoft tərkibləri gətirməyəcək. Pirelli Bakı yarışına SuperSoft, Soft və Medium tərkibləri gətirəcək.

Ümumilikdə, şəhər tipli traslarda  asfalta ilişmə adətən az olur, amma bu ilişmənin gücü asfalta yapışan işlənmiş kauçuk təbəqəsi ilə arta bilər.

Trasda yarışın hərəkət istiqamətinin saat əqrəbinin əksinə hərəkət etməsi sürücülər üçün bir az çətinlik törədə bilər. Çünki sola olan döngələr çoxalır ki, bu da sürücülərin az-az rastlaşdığı haldır.

BŞH Formula1 üçün bir yenilik olacaq. Ən uzun və ən sürətli, ən dar yolun olduğu, ən geniş və ən uzun düzlüyə sahib olan şəhər tipli trasdır.  Başqa maraqlı xüsusiyyət isə ondan ibarətdir ki, Bakı Şəhər Halqası saat yönünün əksinə hərəkət edən ikinci şəhər tipli trasdır.

Trasın ən maraqlı hissəsi sözsüz ki, 8, 9 və 10-cu döngələr olacaq. Bu döngələr artıq Formula1 tarixinə düşübdür. Belə ki, qaydalara əsasən trasın eni  minimum 9 metr olmalıdır, amma burada yolun eni 7.8 m-dir. Həm də trasın bu hissəsi hündür divarlarla əhatə olunduğu üçün dar hissə daha da vahiməli görsənir və ilanvari 2-3 dəfə sağa-sola dönür. Sürücülərin buradan necə keçəcəyi indidən bütün Formula1 ictimaiyyətini maraqlandırır.

Trasdakı digər maraqlı nüans ondan ibarətdir ki, 6-cı döngənin çıxışı ilə, 19-cu döngənin çıxışında sürücülər üz-üzə gələcəklər. Bu da Formula1 tarixində ilklərdən biridir.

Start-finiş düzlüyündə bolidlərin sürətinin 340 km/saat olması gözlənnilir. Bu da şəhər tipli traslar üçün ilkdir.

Mütəxəssis rəyləri:

Bakı Şəhər Halqası artıq sürücülərin də müsbət rəyini almağa başlayıb.  Keçən il mühəndislər çempionatını birinci yerdə başa vuran Mercedes komandasının sürücüləri indidən Bakı trası barədə xoş sözlər deyiblər və bildiriblər ki, Bakı yarışını səbirsizliklə gözləyirlər. Bundan başqa hazırda Formula1-in ən təcrübəli ikinci sürücüsü, eyni zamanda ölkəmizdəki yarışın səfiri olan Fernando Alonso da trasımızı gəzib və xoş təəssüratlarını dilə gətirib.

Sürücülərdən başqa Formula1 ekspertləri də tras barədə müsbət fikirlər səsləndiriblər.  Yanvar ayında Bakıya gələn Formula1 eksperti Ted Kravits də tras barədə müsbət rəylər verib. Xüsusilə də yuxarıda qeyd etdiyimiz 8, 9 və 10-cu döngələr bütün Formula1 ekspertlərinin marağına səbəb olub.

Digər Seriyalar

Trasda Formula1-dən başqa Formula1-in bala seriyası hesab edilən GP2 seriyası keçiriləcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Köşə yazıları
Mənbə
Baxış Sayı 1. 131
Teqlər ,
Paylaş

logo
kecioren evden eve nakliyat gaziantep evden eve nakliyat mardin evden eve nakliyat alucrabeylikduzu escort beylikduzu escort bayan hacklink hacklink
antalya escort antalya jigolo