23 Sentyabr 2017, Şənbə - 09:44

Bakı Şəhər Halqası barədə – Kevin Maqnussen: “Tras Monako və Montsanın hibrididir”

Bakı Şəhər Halqası barədə – Kevin Maqnussen: “Tras Monako və Montsanın hibrididir”

Müəllif: Elçin Zodorov, redaktor

08:04 - 18 İyun, 2017

Bu mövsüm yeddi yarış geridə qalıb və artıq növbə doğma Bakımızın ev sahibliyini edəcəyi Azərbaycan Qran Prisindədir. Yarışa sayılı günlər qalıb. Bəs sürücülər yarışımız və trasımız barədə nə düşünürlər?

F-1.az Haas komandasının sürücüsü Kevin Maqnussenin fikirlərini təqdim edir.

Kevin Maqnussen: “Keçən il maşına əyləşməzdən əvvəl simulyatorda Bakı Şəhər Halqasına heç öyrəşməmişdim. İlk dəfə boksu tərk edib trasa çıxdıqda artıq ilkin təsəvvürlər yaranır. Bütün döngələri əzbərləməli olursan. Amma tras əladır, ora qayıtmaq istəyirəm. Hesab edirəm ki, builki yarış yaxşı olacaq. Asfaltayatma qüvvəsi artıb, buna görə də döngələrdən sürətlə keçə biləcəyik. Amma maksimal sürət bir qədər azalıb. Bakı keçən illə müqayisədə sürətli olmadığımız nadir traslardan biri ola bilər. Bununla belə, istirahət günləri maraqlı olacaq.

İndi mən yolu tanıyıram, konfiqurasiyanı və döngələri öyrənmişəm. Buna görə də uyğunlaşmaq daha asan olacaq. Bir çox döngədən ayağımızı qazdan çəkməyərək keçə biləcəyik. Hətta keçən il sürəti azaltmağa məcbur olduğumuz 13-cü döngədən də. Trasda ötmələrə həmişə imkan var və gərgin mübarizə olur – bu, əladır!

Trasın ən çətin hissəsi ikinci sektordur. Orada tras çox ensizdir və sürəti xeyli azaltmalı oluruq. Amma trasın ən xoşuma gələn hissəsi də elə buradır. Bu tras Monako və Montsanın hibrididir. Odur ki, Bakıya qayıtmaq üçün səbirsizlənirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Bakı Şəhər Halqası
Mənbə
Baxış Sayı 3. 614
Teqlər , , ,
Paylaş

logo