Bakı Şəhər Halqası barədə – Karlos Sayns: “Qala divarlarının yanından keçmək insanı valeh edir”

Bu mövsüm yeddi yarış geridə qalıb və artıq növbə doğma Bakımızın ev sahibliyini edəcəyi Azərbaycan Qran Prisindədir. Yarışa sayılı günlər qalıb. Bəs sürücülər yarışımız və trasımız barədə nə düşünürlər?

F-1.az Toro Rosso komandasının sürücüsü Karlos Saynsın fikirlərini təqdim edir.

Karlos Sayns: “Bakı və Monako şəhər traslarıdır, lakin onları müqayisə etmək olmaz. Məsələ onların birinin yaxşı, digərinin pis olmasında deyil – sadəcə çox fərqlidirlər. Bakıda sürmək çətindir. Monakodan çətin olduğunu deyə bilmərəm, amma buna yaxındır. Kiçik bir səhv baha başa gələ bilər və bir an belə olsun, diqqətsizlik etmək olmaz.

Keçənilki yarışdan zövq almışdım. Hər şey xoşuma gəlmişdi, lakin təəssüf ki, yarışı başa vura bilməmişdik. Mən McLaren və Red Bull-un sürücüləri ilə mübarizəni əla xatırlayıram – dincəlməyə imkan yox idi.

300 km/saat sürətlə gedərkən çox da zövq ala bilmirsən, amma orta əsrlərə aid qala divarlarının yanından keçmək insanı valeh edir. Orada çəkilən şəkillər də unikal alınır!

Bakıda yarışmağın üstünlüklərindən biri də paddoka çox yaxın qalmağımızdır. Özünü rahat hiss edirsən. İstədiyin qədər yata bilirsən və ora çatmaq üçün bir neçə dəqiqə kifayətdir. Ayaqyoluna ehtiyac olduqda da, asanlıqla otel nömrəsinə qayıda bilirsən.

Ötən il Enrike İqlesiasın bizi qarşılamasına sevindim – əla oğlandır. Mənim bacılarımın da Enrikenin yaradıcılığından xoşları gəlir və onunla vaxt keçirməkdən məmnun qaldılar. Yadımdadır, çox həyəcanlı idilər və bu məni əyləndirirdi. Onlar Enrikeni bu il Bəhreyndəki konsertində də dinləmişdilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*