B.Rotenberq: “Sirotkin sponsorlu sürücü deyil”

SMP Racing-in qurucusu Boris Rotenberq bildirib ki, Sirotkin Formula1-ə istedadı hesabına gəlib.

Bəzi iddialara əsasən, F-1.az bildirir ki, rusiyalı sürücü Williams komandasında yarışmaq üçün Britaniya təmsilçisinə 20 milyon dollarlıq sponsor paketi təqdim edib.

Boris Rotenberq: “Pul vacib olsa da, Sirotkin Williams komandasına pula görə transfer olunmadı. Onlar Sirotkini istedadına görə komandaya götürdülər. Biz isə texnologiyaya sərmayə qoyuruq. Rusiyada 1500-dən çox kartinq yarışçısı var və indi düşünürlər ki, Formula1-ə girmək mümkündür. Williams ilə müqavilə bizim üçün vacib idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*