19 Noyabr 2017, Bazar - 14:31

B.Hartli: “Hər yerim ağrıyır”

B.Hartli: “Hər yerim ağrıyır”

Müəllif: Rauf Hacıyev, redaktor

18:07 - 21 Oktyabr, 2017

Toro Rosso komandasının sürücüsü Brendon Hartli bildirib ki, cümə günü sürətli dövrə vurmağa yox, bolidə öyrəşməyə fokuslanıb.

F-1.az xatırladır ki, Hartli 1-ci sərbəst yürüşlərdə Toro Rosso-nun developer sürücüsü Şon Gelaeli bir saniyədən çox qabaqlayaraq, 14-cü olub.

İkinci sessiyada isə komandanın əsas sürücüsü Kvyatdan 1.3 saniyə geridə qalıb. Qeyd edək ki, yeni zelandiyalı sürücü gün ərzində 69 dövrə vura bilib.

Brendon Hartli: “Məncə, gün əla keçdi. Gözləntilərim yüksək deyildi və ilk sessiyada bolidə öyrəşməyə çalışdım. Buna görə də çoxlu dövrə vurdum. Start və pit prosedurlarına baxdım. Hər şeyin saniyə yarımda baş verməsi qəribə idi. Qısa müddətdə çox şey öyrənməliyik. Amma yarış tempindən və təkərlərdən çox razıyam. Onsuz da sonuncu yerdən başlayacam. Buna görə də ancaq yarış tempinə fokuslandım. Sıralanma tempində getsək, çox şey edə bilərik. Hələ də sürətli dövrə vurmamışam. Təkərləri başa düşməliyəm.

Mənim 27 yaşım var və buna görə də həyəcanlı deyiləm. Bu işə yeni başlayanlardan deyiləm və özümü tanıyıram. Yüksək asfaltayatma qüvvəsi olan maşınlarla yaxşı keçmişim var. Döngədəki sürətlər doğrudan da yüksək idi. İlk sektorda bolidi yaxşı idarə etməliyəm. Heç vaxt belə sürətli bolid sürməmişəm. Döngələrdə belə sürətlə gedən maşın sürməmişəm.

Helmut Marko, Frants Tost və Hornerlə danışdıq. Razı qalmışdılar. Amma daha yaxşısını etməliyəm.

Hazırda bir az boynum ağrıyır və bir az yorğunam. LMP1-dən bir az fərqlidir. Amma fiziki cəhətdən problem yoxdur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 235
Teqlər , , ,
Paylaş

logo