16 Dekabr 2017, Şənbə - 20:36

B.Hartli gələn il yarışacağını bilirmiş

B.Hartli gələn il yarışacağını bilirmiş

Müəllif: Rauf Hacıyev, redaktor

08:05 - 21 Noyabr, 2017

Keçən həftə Toro Rosso komandası ilə birillik müqavilə bağlayan Brendon Hartli bildirib ki, yeni müqavilədən xəbəri var imiş.

F-1.az xatırladır ki, yeni zelandiyalı sürücü Toro Rosso komandası ilə Amerika yarışında debüt etmiş və daha sonra komandada saxlanılmışdı.

Brendon Hartli: “Sözün açığı, müqaviləmin 2018-ci ilə qədər uzadılacağını bilirdim. Buna görə açıqlama veriləndə təəccüblənmədim. Bu il fərqli seriyalarda yarışmağa davam edirəm. Çünki Toro Rosso-ya gec qoşuldum. Gələn il isə bütün mövsümü F1-də yarışacam və buna görə də başqa seriyalarda yarışmağım mümkünsüzdür. Başqa seriyalarda yarışanda tərzinizi də dəyişdirməlisiniz. Həmişə fərqli seriyalarda yarışmaq asan deyil. Buna görə ancaq Formula1-ə fokuslanmağa çalışacam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 511
Teqlər ,
Paylaş

logo