19 Dekabr 2018, Çərşənbə - 05:59

B.Hartli Formula1-ə fokuslanacaq

B.Hartli Formula1-ə fokuslanacaq

Müəllif: Rauf Hacıyev, redaktor

15:12 - 08 Yanvar, 2018

Toro Rosso komandasının sürücüsü Brendon Hartli bildirib ki, bu il ancaq Formula1-ə fokuslanacaq.

F-1.az xatırladır ki, 27 yaşlı sürücü ABŞ yarışı ilə Formula1-də debüt etsə də, etibarlılıq problemlərinə görə xal qazana bilməyib. Qeyd edək ki, zelandiyalı sürücü keçən il eyni zamanda Porsche ilə WEC-də Dünya Çempionu olub.

Brendon Hartli: “Porsche ilə yenə bir yerdə olacam, amma Formula1-dən başqa heç bir seriyada yarışmayacam. Bunun hesabına tam olaraq Formula1-ə fokuslanacam. Özümü həmişə ən yüksək səviyyədə göstərmək istəyirdim və indi əlimə düşən bu fürsəti dəyərləndirəcəm. Əvvəlki illərdə əlimə düşən bütün fürsətləri dəyərləndirib bütün seriyalarda yarışmaq istəyirdim, lakin bu indi mümkün deyil. Formula1 yüksək səviyyədədir və burada olmaq üçün var qüvvənizlə işləməlisiniz”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 189
Teqlər ,
Paylaş

logo