B.Förnli: “Yeniliklər özünü doğruldacaq”

Force İndia komandasının rəhbər köməkçisi Bob Förnli inanır ki, Çin yarışında daha yaxşı nəticə göstərəcəklər...

F-1.az saytı xatırladır ki, Force İndia komandası mövsümə elə də yaxşı başlamayıb və ilk iki yarışda sadəcə 6 xal toplaya bilib.

Hindistanlılar Bəhreyndə ön asılqanlarda dəyişiklik etmişdilər və bolidə bəzi aerodinamik detallar əlavə etsələr də, yarışda xal qazana bilməmişdilər.

Bob Förnli bildirib ki, Bəhreynə gətirdikləri yeniliklər öz təsirini Çində göstərəcək: “Bəhreyndə trasa uyğun olmayan iki yeniliyimiz oldu, amma mən əminəm ki, Çində onlardan faydalana biləcəyik.

Onlar Bəhreyn yarışı üçün ideal yenilənmələr deyildi. Amma biz onlarla məsafə qət etdik. Biz inanırıq ki, o yeniliklər sürətli traslarda bizə kömək edəcək”.

Förnli inanır ki, bolid tezliklə öz real potensialını göstərəcək. Bəhreyn yarışı həm Hülkenberq üçün, həm də Peres üçün pis keçmişdi. Onlar müvafiq olaraq, 15-ci və 16-cə yerləri tutmuşdular.

Bob Förnli: “Bəhreyn son zamanlardakı ən pis yarışımız idi. Sonuncu dəfə bizim üçün bu cür bərbad bir yarış keçən il Macarıstanda olmuşdu.

Peres ilk dövrədə qəza etdi və ön qanadı qırıldı. Təhlükəsizlik avtomobili olmadan öndəkilərə çatmaq mümkünsüz idi.

Amma Hülkenberq sıralanmada 8-ci olmuşdu və mən gözləyirdim ki, biz yarışı ən azı başladığımız yerdə bitirərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*