B.Förnli Williams-la təkər-təkərə mübarizə gözləyir

Force İndia komandasının rəhbər köməkçisi Bob Förnli bildirib ki, son iki yarışda komandasının 4-cülük mübarizəsi apardığı Williams-la təkər-təkərə mübarizə gözləyir.

F-1.az xatırladır ki, Force İndia son iki yarış ərəfəsində Williams-ı cəmi 9 xal qabaqlayır.

Bob Förnli: “Son iki yarışda komandalar arasında yaxın mübarizə olmasını gözləyirəm.

Düşünürdük ki, Meksikada Williams daha güclü olar. Amma Braziliya fərqli ola bilər. San Pauluda dəyişkən hava şəraiti hökm sürür və belə havalar bizə şans yarada bilər. Əgər belə olmasa, bizi standart yarış gözləyir”.

Förnli bildirib ki, onlar Meksikada Williams ilə xal fərqini artırmağı gözləmirlərmiş: “Bizim üçün uzun yarış oldu. Williams-ların önündə və arxasında 7-ci və 10-cu olduq. Meksikaya gedəndə düşünürdük ki, onlar 7-ci və 8-ci, biz isə 9-cu və 10-cu olarıq. Meksikada Williams-dan bir xal çox qazanmaq bizim üçün çox yaxşı nəticə idi. Amma həftəsonu ərzində güclü performans göstərməyimiz hər şeydən vacib idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*