B.Förnli: “Verlyaynın yaxşı gələcəyi var”

Force İndia komandası Paskal Verlyaynı seçməməsinə baxmayaraq, gənc sürücünün Formula1-də gözəl gələcəyi olacağına inanır.

F-1.az xatırladır ki, Paskal Verlyayn bu il yaxşı performans göstərsə də, Force İndia onu yox, Okonu seçmişdi. Bundan sonra Verlyayn bildirmişdi ki, hindistanlıların bu qərarı ona maraqlıdır.

Bob Förnli: “Paskal nəzakətli və yaxşı insandır. Dediyi sözlərə fikir versəniz, görərsiniz ki, bizim qərarı tənqid etmir. Səbəbləri öyrənmək istəyir. Məncə, istedadlı sürücüdür, amma bu, bizim seçimimizdir. Amma bu, o demək deyil ki, Paskal gələcəkdə pis sürücü olacaq”.

Förnli Braziliyada Hülkenberqin podiuma çıxmasını gözləyirmiş: “Ümid edirdik ki, Braziliyada Hülkenberq podiuma yüksələcək. Əgər bunu bacara bilsəydi, tortun üzərindəki krem kimi olardı, amma alınmadı”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*