B.Förnli: “Uğurumuzda Malyanın rolu böyükdür”

Force İndia komandasının rəhbər köməkçisi Bob Förnli bildirib ki, komandanın hazırkı uğurlarında Vicey Malyanın payı böyükdür.

F-1.az xatırladır ki, Force İndia komandası bu mövsüm mühəndislər çempionatında 4-cü yeri tutub və bu hindistanlıların 10 mövsümlük Formula1 tarixində ən yaxşı nəticədir.

Xatırladaq ki, Malya Jordan komandasını almış və Spyker adı ilə yarışdırmağa başlamışdı. Amma 2008-ci ildən etibarən komandanın adı Force İndia oldu. Hindistan təmsilçisi həmin illər outsayderlərdən biri olsa da, hər il bir az inkişaf edərək, ən sürətli 4-cü komanda oldular.

Bob Förnli: “Bu uğurda hamının böyük payı var, amma Malyanın komanda üçün etdikləri çox vacib idi. Vicey idmandakı 10-cu mövsümünü keçirdir və komanda qurucuları arasında idmanda bu qədər qalan az adam var. Komandanın uğurlarında ən vacib amillərdən biri budur. Ortada sehrli heç nə yoxdur, sadəcə stabillik və çox işləmək var. Bizim kimi davamlı inkişaf edən komandanı həmişə ciddiyə almalısınız. Əlimizdəki qaynaqlardan əlverişli istifadə etdik və nəticəsini gördük”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*