B.Förnli: “Renault yüksəlişdədir”

Force İndia komandasının rəhbər köməkçisi Bob Förnli bildirib ki, Renault komandası gözlədiyindən yaxşı çıxış edir.

F-1.az xatırladır ki, fransalılar keçən il Lotus komandasını satın alaraq, 5 illik fasilədən sonra idmana qayıtmış və cəmi 8 xal toplayaraq, Mühəndislər Kubokunda 9-cu olmuşdular. Amma “sarılar” cari mövsümün üçüncü yarışı olan Bəhreyndə ilk xallarını qazanıblar. Renault komandası Avstraliya və Çində də xal qasanmağa çox yaxın olub.

Bob Förnli: “Bəli, Renault-nun yüksəlişinə görə təəccüblüyəm. Qışda əla işləyiblər. Gözlədiyimdən daha güclüdürlər, amma biz də əsas problemləri həll etmişik. Qış testlərində Wiliams, Toro Rosso və McLaren komandaları ilə dördlü mübarizə aparacağımızı düşünürdüm, amma McLaren bunu bacara bilmədi və onları Renault əvəz etdi. Bütün mövsüm ərzində belə davam etməsini gözləyirəm. Hazırda həyəcanverici vəziyyət var. İki komanda çempionluq üçün, 4 komanda isə dördüncülük üçün mübarizə aparır. Red Bull bu iki qrupun arasındadır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*