23 Oktyabr 2017, Bazar ertəsi - 14:03

B.Förnli: “Malyanın problemlərinə öyrəşmişik”

B.Förnli: “Malyanın problemlərinə öyrəşmişik”

Müəllif: Rauf Hacıyev, redaktor

17:35 - 11 May, 2017

Force İndia komandasının rəhbər köməkçisi Bob Förnli bildirib ki, komandanın sahibi Vicey Malyanın yaşadığı hüquqi problemlər komandaya pis təsir etmir.

F-1.az xatırladır ki, Malya borcuna görə Londonda həbs olunsa da, kəfalət ödəyərək sərbəst buraxılmışdı.

Bütün bunlara baxmayaraq, hindistanlılar mövsümün ilk 4 yarışın hamısında iki sürücü ilə xal qazanan yeganə orta qrup komandasıdır və Mühəndislər Çempionatında 31 xalla 4-cü yerdə qərarlaşıblar.

Bob Förnli: “Vicey son illərdə bəzi problemlərlə üzləşir və biz də artıq bundan pis təsir görməməyə başladıq. Son hadisələr də bizim üçün əvvəlkilərdən fərqli deyil. Sadəcə öz işimizi görmək istəyirik. Bu mövsüm əsas məqsədimiz Mühəndislər Kubokunda 4-cü olmaqdır. Öndəki 3 komanda çox sürətlidir və böyük resursları var, onlara çatmaq çətin məsələdir, amma orta qrupda yaxşı yer tuta bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 632
Teqlər , ,
Paylaş

logo