17 Dekabr 2017, Bazar - 10:01

B.Förnli: “Hülkenberq bizi təəccübləndirdi”

B.Förnli: “Hülkenberq bizi təəccübləndirdi”

Müəllif: Rauf Hacıyev, redaktor

07:40 - 18 Oktyabr, 2016

Force İndia komandasının rəhbər köməkçisi Bob Förnli bildirib ki, onlar Hülkenberqin Renault komandasına keçməsinə görə təəccübləniblər və onu əvəz edəcək sürücünü namizədləri dəyərləndirdikdən sonra müəyyən edəcəklər…

F-1.az xatırladır ki, Hülkenberq 2017-ci ildən etibarən Renault komandasında yarışacaq.

Xatırladaq ki, Hülkenberqin hindistanlılarla birillik müqaviləsi var idi, amma Force İndia getmək istəyən sürücüsünə əngəl olmayıb.

Bob Förnli Hülkenberqin bu qərarına təəccübləndiyini deyib: “Belə bir qərarı gözləmirdik. Buna görə də vəziyyəti Viceyə bildirməli olduq. Vəziyyətə peşəkar formada yanaşdıq və ədalətli formada yekunlaşdırdıq. Hazırda bir az düşünmək istəyirik, çünki Renault-nun bu təklifi bizi təəccübləndirdi”.

Förnli Hülkenberqin peşəkarlığını tərifləyib və əlavə edib ki, onun getmə istəyinə qarşı çıxmaq doğru olmazdı: “Bu işi düzgün formada görmək daha yaxşı olardı və Force İndia rəhbərliyi bunu etdi”.

Förnli əlavə edib ki, onlar Hülkenberqi əvəz edəcək sürücünü seçmək üçün tələsməyəcəklər. Qeyd edək ki, hazırda Qutyerres, Maqnussen, Palmer, Verlyayn, Okon, Nasr, Palmer kimi sürücülərin adları Hindistan təmsilçisi ilə hallanır: “Bir az geriyə addım atacayıq. Vəziyyəti dəqiqləşdirmək üçün Vicey ilə lazım olanı etdik. Mövzu bağlandı. Önümüzdə çox önəmli həftələr var. Meksika da bunlardan biridir. Həm sponsorlarımıza, həm də Çekoya görə oraya fokuslanmışıq.

Növbəti həftələrdə işimizə mənfi təsir göstərəcək şeylərin olmasını istəmirik. Meksika yarışından sonra Vicey ilə vəziyyətə baxacayıq. Buna görə də qərar verməkdə tələsməyəcəyik. Meksikadan sonra qərar verəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 138
Teqlər , , , , , , ,
Paylaş

logo