B.Förnli: “Əla mövsüm oldu”

Force İndia komandası mövsümü 4-cü yerdə bitirərək, tarixindəki ən yaxşı nəticəni qazanıb. Komandanın rəhbər köməkçisi Bob Förnli bildirib ki, komandası mükəmməl bir mövsümü geridə qoyub.

F-1.az xatırladır ki, Force İndia komandası 173 xal toplayaraq, mövsümü 4-cü pillədə bitirib.

Bob Förnli: “Mövsümün son yarışında iki bolidlə də yaxşı nəticə aldıq. Ön qrupdakı 3 komandanın çox güclü olduğunu bilirik. Onlardan sonra gələn birinci komanda olmaq qürurvericidir. Bazadakı bütün işçilərin bu uğurda payı var. Mövsümün əvvəlindən bəri çəkdiyimiz bütün əziyyətlər bəhrəsini verdi və mövsümü mümkün olduğu qədər yuxarı pillədə bitirdik. İki sürücümüz də mövsüm ərzində əla performans göstərdilər. Onlar bizim üçün xüsusi cütlük idi. Serxio barədə ayrıca danışacam. O, Force İndia komandasında 100 xal həddini aşan ilk sürücü oldu. Mükəmməl mövsüm keçirdərək, turnir cədvəlindəki 7-ciliyə layiq olduğunu göstərdi. Nikoya da təşəkkür edirəm. Komanda üçün əla işlər gördü. Ona yeni komandasında uğurlar arzu edirəm”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*