11 Dekabr 2017, Bazar ertəsi - 04:21

B.Fernli: “Üçlüyə düşmək mümkünsüzdür”

B.Fernli: “Üçlüyə düşmək mümkünsüzdür”

Müəllif: Rauf Hacıyev, redaktor

18:15 - 06 May, 2017

Force İndia komandasının rəhbər köməkçisi Bob Förnli bildirib ki, əllərindən gələni etsələr də, böyük komandalara qarşı mübarizə aparmaq mümkün deyil.

F-1.az xatırladır ki, hindistanlılar keçən il Mühəndislər Kubokunda 4-cü yeri tutaraq, tarixinin ən yaxşı nəticəsini əldə etmiş və yeni mövsümdə 3-cülüyü hədəf seçmişdilər. Amma 2017-ci ildə Merceder, Ferrari və Red Bull komandaları rəqiblərindən çox öndədirlər.

Force İndia orta qrupda yeganə komandadır ki, mövsümün bütün yarışalrında hər iki sürücüsü ilə xal alıb və hazırda Mühəndislər Kubokunda 4-cü yerdədir.

Bob Förnli: “Force İndia-nın əsl yerini zaman göstərəcək. Bütün komandalar bolidini təkmilləşdirənə qədər kimin harada olduğunu dəqiq bilməyəcəyik. Bolidlə bağlı bəzi problemlərimiz var. Xüsusən də, yavaş və orta sürətli döngələrdə çox da güclü deyilik. Amma mövsümün əvvəlindən bilirdik ki, bu mümkünsüzdür. Buna görə də yarışlarda ən yaxşı strategiyadan istifadə etməyə çalışırıq. İlk üçlükdəki komandaların maliyyə imkanlarını düşünsək, onlarla mübarizə aparmaq mümkünsüzdür. Onlar bolidlərinə milyon avro pul xərcləyirlər və bunu etməyimiz mümkünsüzdür. Onlarla yarışa bilmərik. Realist olmalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 10. 045
Teqlər ,
Paylaş

logo