B.Fernli: “Bizim güclü sürücü heyətimiz var”

Force İndia komandasının rəhbər köməkçisi Bob Fernli gələn il üçün Ferrari ilə adı hallanan Serxio Peresin 2017-ci ildə komandada qalmasını ümid edir.

F-1.az xatırladır ki, bəzi şayiələrə görə Serxio Peres gələn il Kimi Rəykköneni Ferrari-də əvəz edə bilər.

Bob Fernli: “Bu Peres üçün mükafatdır və o, əla performans göstərfi və hamının diqqətini özünə cəlb etdi. Sürücülərimizin müqavilələri ilə bağlı detallara girmək istəmirəm, amma gələn il eyni sürücü heyətinə sahib olacağımızdan əminəm və buna görə də narahat deyiləm.

Son iki ildə Niko və Peres bizə çox xeyir verdi və gələn il yeni şassidə hər şeyin stabil olması bizim üçün yaxşı olar. Biz bir yerdə yaxşı işləyən və uğurlu olan 2 güclü sürücüyə sahibik. Buna görə də niyə onları dəyişdirək?

Heç vaxt nə olacağını bilmək olmaz. Xarici qüvvələr həmişə böyük rol oynayırlar. Buna görə də gözləyək və görək, ancaq əminəm ki, eyni sürücü heyətinə sahib olacayıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*