B.Ekklstounun qayınanası pula görə qaçırılıb!

Braziliya mətbuatının verdiyi xəbərə görə, qadın San Pauluda qaçırılıb və onun qaytarılması üçün tələb edilən məbləğ 120 milyon Braziliya realıdır (36,5 milyon ABŞ dolları).

F-1.az xəbər verir ki, tələb olunan məbləğ Braziliya tarixindəki ən böyük məbləğdir. Qaçırılan Aperiside Şunk Formula1-in kommersiya başçısı Berni Ekklstounun 3-cü arvadı Fabiana Flozinin anasıdır. Cütlük 2009-cu ildə Braziliya Qran Prisində tanış olmuş, 2012-ci ildə evlənmişdi.

Qeyd edək ki, belə bir hal Berninin başına ilk dəfə gəlmir. 2012-ci ildə Martin Pekham Ekklstouna 200 min funt sterlinq verməsə qızı Tamaranı qaçıracağını bildirmişdi. O, bu hədəyə görə 5 il azadlıqdan məhrum edilmişdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*