B.Ekklstoundan Ferrari-yə tərif yağışı

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun Ferrari-nin centlmenliyinə təriflər yağdırıb.

F-1.az xatırladır ki, Kimi Rəykkönen Avstriya yarışında komanda yoldaşının önündə 2-ci yeri tutub. Hər kəs düşünürdü ki, komanda almaniyalı sürücünün çempionatdakı yerni daha da yaxşılaşdırmaq üçün Rəykkönenə komanda əmri verəcək, lakin italyanlar belə etməyiblər.

Berni Ekklstoun: “Hamı Ferrari-nin bu gözəl hərəkətini nümunə götürə bilər. Fetteli önə çıxartmaq asan idi, amma Ferrari belə etmədi. Kiminin əhvalını yüksək tutmaq üçün belə qərar verdilər. Ferrari axır ki, gözlədiyim addımı atdı. Sebastyan çempionluğa layiqdir. Ümid edirəm ki, burada itirdiyi 3 xal ona zərər verməz”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*