B.Ekklstoun sürücüləri dəstəkləyib

Çempionatın kommersiya başçısı Berni Ekklstoun sürücülərin həmkarlar ittifaqının (GPDA) bəyanatını dəstəkləyib...

F-1.az xatırldaır ki, GPDA dünən bir bəyanat yayaraq bildirib ki, sürücülər idmanın gedişatından razı deyillər və əlavə ediblər ki, onlar qərarvermə mexanizmində iştirak etmək istəyirlər.

Bəyanatda Formula1 idarəçilərinin səhvlərinə və bürokratik əngəllərə də toxunulub.

Bu məktubda müaciət olunan ünvanlardan biri də Berni Ekklstoun idi. Berni bu gün yaydığı qısa bir mətn ilə sürücüləri dəstəklədiyini bildirib. Ekklstounun bəyanatı aşağıdaki kimidir:

“Dəyərli bəylər!

Sözün düzü, hamı bilir ki, biz idarəçilər sizinlə həmişə həmfikir olmuruq. Ancaq sizin qərarvermə mexanizmində tutduğunuz səhvlərlə razıyam.

Dediyiniz kimi, Formula1 səhmdarları mütləq bir yerə yığışıb, F1-in idarəçiliyi mövzusunda islahatlar aparmalıdırlar.

Mən 50 ildir ki, aktiv olaraq Formula1-in içindəyəm, son 18 ildə isə çempionata başçılıq edirəm və təcrübəmə arxalanaraq demək istəyirəm ki, toxunduğunuz məqamlar çox doğrudur.

Sonda siz qeyd edirsiniz ki, hamı xoş niyyət güdür, mənə elə gəlir ki, hansısa hərfi buraxmısınız. Əgər həv səhvi yoxdursa, onda, deməli, “şəxsi xoş niyyət” yazmaq istəmisiniz…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*