19 Oktyabr 2018, Cümə - 03:20

B.Ekklstoun: “Mercedes AMG-nin hegemonluğunu görmək istəmirəm”

B.Ekklstoun: “Mercedes AMG-nin hegemonluğunu görmək istəmirəm”

Müəllif: Rauf Hacıyev, redaktor

13:30 - 09 Mart, 2016

Formula1-in rəhbəri Berni Ekklstoun 2016-cı ildə də Mercedes AMG-nin hegemonluğundan qorxur…

F-1.az xatırladır ki, Mercedes AMG komandası 2014-cü və 2015-ci illərdə həm pilotlar çempionatında, həm də mühəndislər çempionatında titul qazanıblar.

Ancaq Formula1 mütəxəssisləri 2016-cı ildə Ferrari komandasının güclənməsini və çempionluq uğrunda mübarizə aparmasını gözləyirlər.

Berni Ekklstoun yeni mövsüm barədə danışıb: “Ümid edirəm ki, Ferrari layiq olduğu yerə qayıdar. Beləliklə, çempionluq uğrunda gərgin mübarizə gedəcək. Bu sözlər Red Bull komandasına da aiddir.

Əgər böyük dəyişiklik olmasa, Mercedes AMG-nin hegemonluğu davam edəcək.

Niko keçən ilin sonunda 3 qələbə qazandı və bu ildə ideal formada olacaq.

Həmilton və Rosberq bir-biri ilə mübarizə aparsa, yaxşı olar. Bəlkə də Rosberq artıq özünə daha çox güvənir. Amma mövsüm başlamadan proqnoz vermək olmaz. Hazırda pulumu hər hansı sürücünün qələbəsinə qoya bilmərəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 385
Teqlər , , , ,
Paylaş

logo