15 Dekabr 2017, Cümə - 10:10

B.Ekklstoun: “Mercedes 2016-cı ildə də ən güclü komanda olacaq…”

B.Ekklstoun: “Mercedes 2016-cı ildə də ən güclü komanda olacaq…”

Müəllif: Elçin Zodorov, redaktor

15:14 - 15 Yanvar, 2016

Mercedes AMG komandası 2014-cü ildə çempionat turbo mühərriklərə keçdikdən sonra Formula1-də hegemonluq edir.

2016-cı ildə isə Ferrari-nin Mercedes-lə eyni gücdə olacağını, hətta onu üstələyəcəyini düşünənlər var.

F-1.az xəbər verir ki, Berni Ekklstoun bu üstünlüyün növbəti mövsümdə də davam edəcəyini bildirib: “Olduqca yaxşı şassiyə və ən güclü mühərrikə sahibdirlər. Pilotları da güclüdür. Onları məğlub etmək çox çətin olacaq. Mercedes başqa komandalara da mühərrik verir. Amma hiss olunur ki, o mühərriklər nisbətən zəifdir. Onlara çata biləcək yeganə komanda Ferrari-dir. Ümid edirəm ki, bu iki komandanın pilotları çempionluq uğrunda mübarizə apara biləcəklər…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 205
Teqlər , , ,
Paylaş

logo