B.Ekklstoun: “Lyuis formada deyil”

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Lyuis Həmilton əvvəlki formasından çox uzaqdadır

F-1.az xatırladır ki, britaniyalı sürücü bu il keçirilmiş 3 yarışın 2-də sıralanma turunda komanda yoldaşı Valtteri Bottasdan geridı qalıb.

Berni Ekklstoun: “Hazırda Lyuis əvvəlki performansından çox uzaqdadır. Bilmirəm. Bəlkə də, mən belə görürəm, amma əvvəlki halından bir qədər fərqlidir. Buna baxmayaraq, hələ də çox sürətli, istedadlı və yaxşı insandır. Bəlkə də, gərgin təqvimə görə yorulub. Sözün açığı, mövsüm başlayanda Lyuisin bütün yarışlarda qalib gələcəyini düşünürdüm. Görürəm ki, yanılmışam. Sebastyanın çempion olması məni xoşbəxt edər. Nəticədə o mənim dostumdur və həmişə onu dəstəkləyəcəm. Ümid edirəm ki, bu dəfə işi sona çatdıra bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*