B.Ekklstoun Keriyə cavab verib

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun yeni rəhbər Çeyz Kerinin barəsində dediyi sözlərə cavab verib.

F-1.az xatırladır ki, Çeyz Keri son müsahibəsində bildirmişdi ki, Ekklstoun bəzi ideyalara “yox” dediyi üçün idman inkişaf edə bilməyib.

Berni Ekklstoun: “Bir şeyə “yox” deyirəmsə, o ya gəlir gətirməyəcəyi, ya da mənasız olduğu üçündür. Burada iş görürük və bundan mümkün qədər çox gəlir əldə etməliyik. Mənim də vəzifəm bunu təmin etmək idi. Görək idmanın yeni sahibləri nə edəcək. Kimin haqlı çıxacağını görəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*