B.Ekklstoun İsveçrədə istirahət edir

Formula1-in başçısı qış bayramlarını keçirmək üçün İsveçrənin Qştad şəhərciyindəki malikənəsinə baş çəkib.

F-1.az bildirir ki, Berninin orada dəbdəbədə Olden otelindən heç də geri qalmayan, 23 milyon funt sterlinq dəyərində olan kiçik yaylaq evi var. O, yenə öz ənənələrinə sadiq qalıb və 38 yaşlı həyat yoldaşı Fabiana Flozi ilə Alp dağlarındakı evinə yola düşüb. Onları orada Berninin qızları Tamara və Petra qarşılayıblar. Tamara vaxtını xizək sürməklə və 2 yaşlı qızına baxmaqla keçirir. Petra isə Yeni ili ailəsi ilə birlikdə qarşılamaq üçün Londona qayıdıb.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*