B.Ekklstoun: “Heineken ilə müqavilə Ferstappenə görə reallaşdı”

F-1.az xatırladır ki, Hollandiyanın nəhəng pivə markası Heineken iyun ayında Formula1 rəhbərliyi ilə sponsorluq müqaviləsi bağlamışdı.

Rio-de-Janeyroda keçirilən Yay Olimpiya oyunlarının açılış mərasimi ərəfəsində Berni Ekklstoun oradakı Holland Heineken House-a baş çəkib. Bir çox ziyarətçinin olduğu mərasimdə Algemeen Dagblad qəzetinə danışan Berni bunları deyib: “Heineken Formula1-ə girmək üçün hollandiyalı bir sürücünün parlamasını gözləyirdi. Nəhayət, bu, baş verdi”.

Qeyd edək ki, Heineken-in Formula1-ə gəlişi bu idman üçün çox vacibdir. Mövsümün bəzi yarışlarının titul sponsoru olacaq şirkət daha çox azarkeş cəlb etmək üçün həm tribunalarda, həm də sosial mediada aktivlik göstərəcək. Şirkətin həm də gələn il komandalardan birinin əsas sponsoru olacağı gözlənilir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*